Loading...

ZƏLZƏLƏ BÖLGƏSİNƏ AYRILAN PULLAR TƏYİNATI ÜZRƏ XƏRCLƏNMİR

1,602 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Published on Nov 24, 2012

"Kür" Vətəndaş Qərargahı RATİ-də keçirdiyi mətbuat konfransında bu ilin yayında Zaqatala -Qax rayonlarında baş vermiş zəlzələdən sonrakı duruma dair hesabat açıqlayıb.
Qərargahın koordinatoru Oqtay Gülaliyev rəsmi mənbələrə istinadən şimal rayonlarını əhatə edən zəlzələ bölgəsində 5939 evə ziyan dəydiyini, 3545 evin sökülərək yenidən tikilməsinə ehtiyac olduğunu bildirib. Hesabat hazırlandıqda zəlzələ bölgəsində olan qurum üzvləri durumun acınacaqlı olduğunu deyiblər.
Hesabatla bağlı qurumun suallarını cavablandıran Fövqəladə Hallar nazirliyi 28 min evə baxış keçirildiyini, 3545 evin sökülərək yenidən tikilməsinə ehtiyac olduğunu, indiyə kimi 428 evin tikildiyini bildirib. 35 məktəb əvəzinə 6 məktəb tikilib. Daha 9 məktəb tikilmək üzrədir. Ayrılan 320 milyon manat vəsaitin artıq 234 milyon 605 min manatı xərclənib. Zaqatalada evlər ziyan dəyən mülkün həcminə adekvat tikilir, 9 bal zəlzələyə davamlılığa hesablanır.
Hesabatda bu sahədəki pozuntular da əksini tapır. Belə ki, ayrılan vəsaitlərin təyinatdankənar xərcləndiyi deyilir. Sakinlərin bildirdiyinə görə mənimsənilən təqribən 130 milyon manat vəsait Fövqəladə Hallar nazirliyi və Prezident Administrasiyasının vəzifəli şəxsləri və yaxınları üçün Qəbələdə, İsmayıllıda, Lənkəranda imarətlər tikilməsinə xərclənib. "Gilan Holdinq" burada evlərin 1 kv.metrini 500 manata tikir. Bu isə faktiki dövlət vəsaiti hesabına tikiləcək evi vətəndaşa satmaq deməkdir. Evlərin tikintisinin real dəyəri ilə layihə dəyəri arasında fərqlər var. Real olaraq 20 min manata başa gələn 2 otaqlı ev layihədə 25 min manat, 33 min manata başa gələn 3 otaqlı ev 65 min manat, 52 min manata başa gələn 4 otaqlı 75500 manat, 58 min manata başa gələn 5 otaqlı ev isə 90 min manat göstərilir. Zəlzələ bölgəsində ev tikən podratçı şirkətlərin adları, rəhbərlərinin soyadları açıqlanmır. Bu isə qeyri-şəffaflıqdan xəbər verir. Zəlzələ bölgəsində evlərin cəmi 22%-nin tikilməsi müqabilində ayrılan vəsaitlərin 70%-nin xərclənməsi korrupsiya göstəricisi kimi dəyərləndirilib.
2010-cu ildə aran rayonlarında baş verən daşqınların nəticəsi də hesabatda əksini tapıb. Belə ki, bir il öncə Türkiyənin Van bölgəsində baş verən zəlzələnin nəticəsini Türkiyənini 130 milyon manata aradan qaldırdığı vurğulanır. Azərbaycanın isə 430 milyon manat xərcləməsinə baxmayaraq daşqın bölgəsində hələ də problemlərin qaldığı qeyd edilir. Daşqından zərərçəkən 96 vətəndaş FHN-i məhkəməyə verib. Qərargah nazirliyə şəffaf fəaliyyət göstərmək, vətəndaş cəmiyyəti institutlarının nəzarətini təmin etmək, hesabatlı olmaq, görülən işlərə dair maliyyə hesabatları hazırlamaq təklifləri də verib.

Loading...

Advertisement
When autoplay is enabled, a suggested video will automatically play next.

Up next


to add this to Watch Later

Add to

Loading playlists...