Loading...

AXCP sədri Əli Kərimlinin İctimai Televiziyada referendumla bağlı çıxışı

145,559 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Published on Mar 2, 2009

Rəsulzadənin Respublikasını qoruyaq!
Əli Kərimli canlı yayımda iqtidar nümayəndələrinə divan tutdu
Əli Kərimli çıxışında referendumun Əliyevlərin ömürlük prezident seçilməsi naminə həyata keçirildiyini bildirdi: Referenduma çıxarılan düzəlişlər ona görədir ki, İlham Əliyev istədiyi qədər prezident seçilsin. Bu təşəbbüslə onun sədrlik etdiyi YAP çıxış edib. Daha məntiqli olardı ki, özü debatlara gəlsin. Azərbaycan xalqına izahat versin. Niyə iki dəfə prezident seçilmək ona kifayət etmir. Nəyinə lazımdır ömürlük prezident? Təəssüf ki, o bu debatlara qatılmır.
Ə.Kərimli konstitusiyaya ediləcək dəyişikliklərin insan hüquq və azadlıqları naminə edilmədiyini dedi. AXCP sədri referendum keçirmək əvəzinə insanların evlərinin sökülməsinin qarşısını almağı, sərbəst toplaşmaq hüququnu tanımağı və digər problemlərin həllini daha vacib saydı. Referendumun sosial sifariş olmasını absurd adlandıran Ə.Kərimli əhalini daha çox sosial problemlərin həllinin düşündürdüyünü dedi. O, İ.Əliyevin xalqın tələbi ilə ömürlük prezident seçilməsi barədə deyilən fikirlərə də münasibət bildirdi: Bəlkə İlham Əliyev 5 ildə Qarabağın 5 kəndini azad edib, bizim xəbərimiz olmayıb? Nədən ibarət olub Qarabağ siyasətinin nəticələri? Köçəryanla, Sərkisyanla saysız-hesabsız, nəticəsiz görüşlər. Atəşkəs dövründə minlərlə əsgərimizin şəhid olması.
Ə.Kərimli iqtisadiyyatın bərbad vəziyyətdə olduğunu və regionlarda insanların səfalət içində yaşadığını vurğuladı: Bəlkə hakimiyyət nümayəndələri hər rayon mərkəzində Heydər Əliyevə bir abidə qoymaq, yanında bir park salmaq, böyründə bir muzey açmaqla iqtisadiyyatı inkişaf etdirdiklərini düşünürlər? Referenduma çıxarılan məsələlər xalqın ziddinədir.

Loading...

When autoplay is enabled, a suggested video will automatically play next.

Up next


to add this to Watch Later

Add to

Loading playlists...