Loading...

Məhəmmədhüseyn Şəhriyar; Heydərbabaya salam...محمد حسین شهریار

18,833 views

Loading...

Loading...

Loading...

Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.
Published on Jan 28, 2010

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (1906 - 18 sentyabr 1988) - daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan şairi. Şeirlərini Azərbaycan və fars dillərində yazmışdır.
Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axunddan almış və bu savadlı, qayğıkeş, mehriban müəllimini həmişə böyük hörmətlə yad etmişdir. O, ibtidai və orta məktəbləri Təbrizdə başa çatdırmış, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs almışdır. İlk şeirini Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc etdirmişdir.
Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən sonra Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Dar-ül-fünununda, sonra isə Tibb fakultəsində ali təhsil almağa başlamışdır. Lakin fakültənin sonuncu kursunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna girməyə məcbur olmuşdur.

Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunmuşdur. Milli ədəbiyyatın və mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunmuşdur. Həmin nəşrə müqəddimə yazmış alimlər - Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirmiş, haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərmişlər.
Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün, yəni 18 sentyabr hər il İranda "milli şeir günü" kimi qeyd edilir.
[redaktə / تحریر]Əsərləri

Heydərbabaya salam, Təbriz (1954)
Seçilmiş əsərləri, Bakı (1966)
Bütün əsərləri (4 cilddə), Tehran (1971)
Aman ayrılıq, Bakı (1981)
Divani-Türk, Təbriz (1992)
Yalan Dünya, Bakı (1993)

Loading...

When autoplay is enabled, a suggested video will automatically play next.

Up next


to add this to Watch Later

Add to

Loading playlists...