Upload
2,401
  • Şeyx Albani - Darul İslam və Darul Küfr, şəriətlə hökm etməyən hakimin hökmü

    9,713 views 2 years ago
    Alləmə Muhəddis Şeyx Albani

    Sual:
    Bəzi kəslər deyir ki, bir ölkə o vaxt Darul-İslam olur ki, orada İslam əhkamları, yəni Allahın şəriəti tətbiq olunsun, hətta bu ölkənin əhalisinin əksəriyyəti kafir olsa da, (ora Darul-İslam adlanır!) Və bir ölkə o vaxt Darul-Küfr hesab olunur ki, orada Allahın endirdiyi şəriətlə hökm edilmir, hətta orada əhalinin çoxu müsəlman olsa belə. Bu deyilənlər doğrudurmu?

    Şeyx Albani:
    Xeyr! Doğru deyil! Bu nə deməkdir ki? Bu söz nəyə gətirib çıxarır?!
    Məsələn, bu ölkə və ya Suriya, yaxud başqa hər hansısa bir ölkə, haradakı - təəssüflər olsun - rəhbərlər dünyavi qanunla hökm edirlər: əl-Cəzairi də misal çəkmək olar.
    Bunlar hansı ölkə qisminə daxildirlər?! Darul-hərb (Darul-küfr) sayılır?
    (Şeyx, burada Darul-hərb deyərkən, Darul-küfrü qəsd edir!)

    Sual verən: Xeyr! Xeyr! Darul-hərb (Darul-küfr) sayılmır!

    Şeyx Albani onun sözünü kəsərək:
    Üzr istəyirəm, mən cavab verirəm! İndi gəl, bu deyilən sözün, yəni Allahın endirdiyi şəriət ilə hökm olunmayan ölkənin Darul-İslam sayılmaması fikrinin batil olmasını isbat edək!
    Çünki bu kimi ölkələr Allahın hökmü ilə hökm etməyən rəhbərlərlə mübtəla olmuşlar.
    Öncə bilməliyik ki, hakimlər iki qismdir:
    Birinci qism etiraf edir ki, şəriətlə hökm etmək vacibdir, lakin nəfsinə uyaraq, bəzi şəxsi maraqlarına görə bunu etmir!
    İkinci qism isə deyir ki, İslam geridə qalmışdır, indi onun zamanı deyildir! Bu sözü deyən (yəni, öz qanununu halal görən) hakim kafirdir!

    Sual verən: Bu ayənin birbaşa mənası ilə?! Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər! (Maidə,44)

    Şeyx Albani:
    Bəli, lakin ayənin təfsiri var. Necə ki, Quranın təfsirçisi İbn Abbas demişdir: "Ayə heç də onların düşündükləri mənada deyildir, həmin ayədə İslamdan çıxarmayan, kiçik küfr qəsd edilmişdir!"
    Ona görə deyirəm ki, bugün İslam ölkələrində hökm edən rəhbərlər iki qismdir:
    Birinci qism, etiraf edir ki, şəriətlə hökm etmək vacibdir. Necə ki, rüşvət alanlar, oğrular, zinakarlar, qeybət edənlər və s. kimi bu cür dinə müxalif əməl sahibləri asidirlər, əgər bu əməllərdən birini halal görərlərsə, o zaman kafir sayılarlar!
    Lakin desələr ki, biz halal görmürük, güc və qüdrət sahibi yalnız Allahdır, biz Allahdan bağışlanma diləyirik və s., bu kəslərin etiqadları düzgündür, lakin əməlləri etiqadlarına ziddir.
    Bu kimi hakimlərə (dünyavi qanunla hökm etsə də) biz kafir demirik!
    İkinci qism hakimlər isə, bayaq qeyd etdiyim kimi, onlar deyir ki, İslam hökmləri indiki zaman üçün deyil və o hakimlər mürtəd (İslam dinindən çıxmış) sayılırlar.
    İndi hamısını demirəm, əksər islam ölkələri dünyəvi qanunlarla idarə olunur, lakin nisbətlər fərqlidir.
    Yəni bəzi ölkələrdə qanunların çoxu dinə müxalifdir, bəzilərində isə çoxu dinə uyğundur. Bu baxımdan nisbət fərqi vardır. Bu bizim müzakirə mövzumuz deyil.
    Çünki biz indi elə bir zaman da yaşayırıq ki, burada prinsip bundan ibarətdir: "Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan )azmışlar sizə zərər yetirə bilməzlər" (əl-Maidə: 105)
    Bizlər kafir hakimə qarşı vuruşmalıyıq? İslam bizə dərhal kafir hakimə qarşı vuruşmağı əmr etmir. O dəvət edilməlidir.
    Necə ki, Allah rəsulu (sallAllahu aleyhi və səlləm) Kisranı, Qeysari, Mukavkis və digərlərini dəvət etdi. Kim dəvətə icabət edərsə, əlhəmdulilləh.
    İcabət etməyənlərə qarşı isə, dərhal vuruşdu? Yoxsa hazırlıq gördü? Əlbəttə ki hazırlıq gördü.
    İndi biz mübtəla olduğumuz vəziyyətdə: Ən yaxın nümunə kimi Əl-Cəzairdəki vəziyyəti göstərmək olar - biz avropa düşüncəli, əsrdən çoxdur müstəmləkəsi olmuş Fransız qayda-qanunu ilə idarəçilik edən rəhbərlərlə mübtəla olmuşuq.
    İndi biz öz nəfsimizin şəhvətlərinə qarşı müharibə etmədiyimiz, nəfsimizi Quran və sünnə ilə tərbiyə etməyimiz, əvvəldə dediyim kimi birləşmədiyimiz halda durub onlara qarşı müharibə edəcəyik?
    Xeyr! İndi bu prinsipin vaxtıdır: "Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan )azmışlar sizə zərər yetirə bilməzlər" (əl-Maidə: 105)
    Dediyimiz kütlə hasil olduqdan sonra biz hakimə deyə bilərik ki, ey rəhbər sən ya Allahın hökmü ilə hökm etməli, yaxud buna görə döyüşməli olacaqsan.
    Bax İslamda belədir. İslamda üsyan və heç bir fayda olmadan nahaq qan axıtmaq prinsipi yoxdur.
    Allahdan diləyirik ki, bizə Quran və sünnə ilə əməl etməyə müvəffəq etsin və bizi bununla tərbiyələndirsin. http://fatvalar.com/ Show less
    Read more
  • Uploads Play all

    This item has been hidden
  • Popular uploads Play all

    This item has been hidden
  • This item has been hidden
to add this to Watch Later

Add to

Loading playlists...