Alert icon
We're changing our privacy policy. This stuff matters.  Learn more  Dismiss

Kəndivan - Daş dövrünün yadigarı (2/2) کندوان

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
919 views
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Mar 25, 2010

Körpü - Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın adət-ənənəsinə, ulu Təbrizin, eləcə də digər qədim şəhərlərin tarixi və memarlıq abidələrinə, məşhur söz və sənət adamlarına, sənətkarlarına, qədim musiqi alətlərinə həsr olunan bu verilişə həftənin çərşənbə axşamı saat 23:15 -də baxa bilərsiniz.

Redaktorlar: Kamil Məmmədov; Məhəbbət Hacıyeva; Turanə Isgəndərova; Sevda Mirzəyeva
Rejissorlar: Taleh Ismayılov; Aqşin Nəzərov; Elçin Həsrətov

......................

Təbrizdən iki saat uzaqlıqda, Üskü şəhərinin yanındakı bir kənddə idi o insanlar. Qaya içində yonulmuş kiçik daxmaları onların sadə dünyası idi. Avtobusdan ayağımı torpağa basanda, məkanımın deyil, zamanımın dəyişdiyini hiss etdim - bərli-bəzəkli, ətir qoxuyan insanların dünyasından toz-torpaqlı, zəhmət və tər qoxuyan insanların zamanına - qaya içində yaşayan insanların dövrünə döndüm. Necə sadə və necə səmimi idi bu kiçik kənd və onun mənası olan insanlar.

O üstü-başı palçıqlı insanların arasında haralardasa qətllərin olduğu, hansısa həbsxananın qaranlıq kameralarında fikirlərin çürüdüldüyü, haralardasa Parisin olduğu, nə zamansa Da Vinçinin yaşadığı, haralardasa günəşin altında ac insanların ümidsizcə ölüm mələyini arzulaması insanın ağlına gəlmirdi...Bura zamanı ilə, məkanı ilə qayalaşmış bir kənd idi - Kəndivan.

Fatimə adlı bir qız uşağını lentə aldım doymadan. Atası ölmüşdü. Yoxsulluğu kədərli deyil bu kəndin. Yoxsulluğun dadını bilmək üçün varlılığın nə olduğunu bilməlisən. Bu yoxsul uşaqlar isə burnunun seliyini yeyərək böyüyəcək. Bu uşaqlar qayalığın arasında böyüyüb, bəlkə elə oradaca da öləcəklər, dünyadan xəbərsiz... Bulaşmayacaqlar dünya boyda çirkaba.

Kiçik odun parçasından yonulmuş bir suvenir almışdım. Bir odun parçası tən ortadan kəsilmiş və hissələr cəftələrlə bir-birinə bərkidilmişdi - pəncərəyə bənzəyirdi. Odun pəncərə səfərdən qayıdanda bel çantamın içindən qırılmış çıxdı. Əslində, bu sadə əl işinin üst-başı palçıqlı insanlardan heç xəbəri olmayan məkanda yeri yox idi...İndi o məkandan xəbər verəcək sadəcə şəkillər var...

Azadlıq Radiosu © Abbas Atilay

http://www.azadliq.org/content/article/1739392.html

http://www.azadliq.org/soundslide/261.html

  • likes, 0 dislikes

Link to this comment:

Share to:
see all

All Comments (0)

Sign In or Sign Up now to post a comment!
Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more