Uzundərə - qədim Azərbaycan rəqslərindən biri.
اوزون دره Uzundərə - Ouzoundara [long valley]: It is an extremely attractive, elegant and lyric dance. This dance with the exception of Azerbaijan is popular and lovely in Georgia and Armenia too. There is a valley between Agdam and Goytapa village in Garabagh area by the name of "Ouzoun dara". This dance is merely confined to this valley. Olduqca cazibəli, zərif və lirik ifadəli rəqsdir. Onu təkcə Azərbaycanda deyil, həm də gürcustanda və Ermənistanda da ən sevimli rəqslərdən biri hesab edirlər. Qarabağda, Ağdamla Göytəpə kəndi arasında bir dərə var, adına "uzundərə" deyirlər. Bu rəqs məhz həmin dərəyə həsr olunub. Ouzoundara [long valley]: It is an extremely attractive, elegant and lyric dance. This dance with the exception of Azerbaijan is popular and lovely in Georgia and Armenia too. There is a valley between Agdam and Goytapa village in Garabagh area by the name of "Ouzoun dara". This dance is merely confined to this valley.
Qarabağda Ağdam ilə Göytəpə arasında bir dərə var. Adına "Uzundərə" deyilir. Deyilənə görə bu rəqs məhz həmin dərəyə həsr olunub. Rəvayətə görə Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər.
Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər.
O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə «gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın» deyilir. Beləliklə də, «Uzundərə» oyun havası yaranır. Bu oyun havası bir qədər Vağzalıya bənzəyir».
Çox incə və lirik bir melodiyadır. Bəstəkar Üzeyir Hacıbəyli bu musiqidən "O olmasın, Bu olsun" filmində istifadə etmişdir.
Yaradici heyyetine derin ve sonsuz tesekkurumu bildiriem. Negeder tesirli, negeder gözel musigimiz var. Bu cür inceseneti olan millet heç enilermi!
fuad40 1 year ago 6
wonderful mix of man-musician and woman-dancer :-) !
Drakonurion 3 months ago 2