Azərbaycan uşaq musiqisi heç olmasa yaxın şərq millətlərinin musiqi tarixində ən qədim geçmişli musiqi növüdür.
Dünyanın hər hansı bir xalqının və dünyada ana olan hər kəsin laylay mahnıları olsa da uşaqın hər yaşı üçün
öyrədici və xoşagəlim mahnıların yazılması ancaq mədəni millətlər üçün olmuşdur.
Milli musiqi sənətkarları və xalqın öz içindən coşan musiqi ustaları dahiyanə və maharətlə Azərbaycan uşaqı üçün, uşaqların hətta böyümüş qocalmış uşaqların da dilindən düşməyən uşaq nəğmələri bəstələmişlər.
Bu musiqi şah əsərləri əlbəttə ayrı bir tükənməz oqyanusdan da qaynaqlanmışdır. bu ucsuz bucaqsız qaynaq şifahi xalq ədəbiyatımızdır. dünyada tayı az olan Güney Azərbaycan Türk şifahi ədəbiyatı uşaq üçün qoşulmuş şeirlərlə doludur. bu şeirlər hica ölçüsündə və uşaq idrakına uygun qoşulmuşsa da irfanı məzmunlar, insanı sifətlər, əxlaq usulunun təbliği və zülmlə mübarizəyə təşviq anlamlarıyla ləpələnən bir dəryadır.
--------------------------------------------------------------------------------
Cücələrim - uşaq mahnısı.
1949-cu ildə yazılan bu mahnının bəstəkarı Qəmbər Hüseynli, sözlərinin müəllifi Tofiq Mütəllibovdur. Mahnının ilk ifaçısı Arif Həziyevdir. Mahnı keçmiş SSRİ məkanında 1959-cu ildə, Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında Suğra Bağırzadənin onu ifa etməsindən sonra şöhrət qazanmışdır.
"Cücələrim" dünyanın bir sıra dillərində uşaqların dilinin əzbəri olan mahnılardan biridir. Sovet multiplikasiyasının şedevrlərindən olan "Nu, poqodi!" silsilə cizgi filminin seriyalarından birində də bu mahnı məhz Azərbaycan dilində səslənir. Mahnı türk, rus, ingilis, alman, yapon, bolqar, polyak, ermәni, serb, xorvat və rumın dillərinə tərcümə edilmişdir.
--------------------------------------------------------------------------------
Cücələrim (Uşaq mahnısı)
Cip-cip cücələrim
Cip-cip, cip-cip cücələrim
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim
Gözləyirəm tez gələsiz
Göy çəməndə dincələsiz
Gözləyirəm tez gələsiz
Göy çəməndə dincələsiz
Ay mənim, cücələrim
Ay mənim, cücələrim
Ay mənim, cücələrim
Ay mənim, cücələrim
Mənim qəşəng cücələrim
Cip-cip cücələrim
Cip-cip, cip-cip cücələrim
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim
Arzum budur, boy atasız
Ananıza tez çatasız
Arzum budur, boy atasız
Ananıza tez çatasız
Ay mənim cücələrim
Ay mənim cücələrim
Ay mənim cücələrim
Ay mənim cücələrim
Mənim qəşəng cücələrim
Cip-cip cücələrim
Cip-cip, cip-cip cücələrim
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim
Gəlin sizə yemək verim
Dən su verim, çörək verim
Gəlin sizə yemək verim
Dən su verim, çörək verim
Ay mənim, cücələrim
Ay mənim, cücələrim
Ay mənim, cücələrim
Ay mənim, cücələrim
Mənim qəşəng cücələrim
Cip-cip cücələrim
Cip Cip Cip Cip cücələrim
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim
http://az.wikipedia.org/wiki/C%C3%BCc%C9%99l%C9%99rim_%28mahn%C4%B1%29
super :))
vefams 3 months ago
Men fexr edirem ki Azerbayxanliyam
EminELiyev6611 5 months ago
Menim gozel azerbaycanim
metindemirov 5 months ago