Uploaded by insanhaqlari on Mar 19, 2010
7 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Əbülfəz bəyin prezidentliyə başladığı ilk vaxtlarda dövlətimizin qarşısında duran təxirəsalınmaz vəzifələr Azərbaycanın dövlət müstəqilliyini tam gerçəkləşdirmək, Milli Ordu yaratmaq və müharibədəki məğlubiyyətlərin qarşısını almaq idi, buna görə də ölkənin bütün imkanları Milli Ordu quruculuğuna səfərbər edildi. Ordu quruculuğu yalnız hərbi-strateji problem olmayıb, xeyli dərəcədə siyasi-psixoloji problem səviyyəsinə qaldırıldı. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Ağdərə və Goranboy rayonları erməni işğalçılarından təmizləndi. İşğal altında oluan Laçının əksər kəndləri onun hakimiyyəti zamanı düşməndən azad edildi.
Keçmiş Sovet respublikaları arasında birinci olaraq rus ordusunun Azərbaycandan çıxarılmasının başa çatdırılması ölkəmizin tarixi nailiyyəti idi. O, Azərbaycan xalqının çox mühüm qələbəsi, son illərdə Azərbaycanda gedən milli azadlıq hərəkatının, milli demokratik prosesin məntiqi nəticəsi idi.
Yeni yaranan dövlətlər içərisində birinci olaraq Azərbaycan öz sərhədlərinin qorunmasını öz üzərinə götürdü. Sərhəd zolaqlarındakı hərc-mərcliyin qarşısı nisbətən alındı və ən başlıcası, sərhəd qoşunlarımız təşəkkül tapdı.
Dövlət üçün zəruri olan gömrük sisteminin yaradılması Azərbaycanın təbii ehtiyatlarının xaricə qanunsuz-maneəsiz daşınmasının qarşısını xeyli dərəcədə aldı.
1992-ci ildə tamamilə maliyyə baxımından taqətdən salınmış, xəzinəsinə süpürgə çəkilmiş bir ölkədə Dövlət Ləl-Cəvahirat Fondu yaradıldı. Bir ildə fondda 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı.
Ə.Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmadı. Bu, Azərbaycanın gələcəyinə böyük ümidlər doğururdu. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Bu, ölkənin siyasi nüfuzuna beynəlxalq aləmdə müsbət təsir göstərdi. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (qeyd edək ki, həmin dövr ərzində rus puluna nisbətən Belorus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü). Manat artıq ümumqafqaz valyutasına çevrilmişdi.
Ölkənin siyasi sistemini dəyişdirmək istiqamətində də uğurlu addımlar atıldı. Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunların qəbul edilməsi totalitarizm buzunu sındırdı. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı.
Prezident aparatı tərəfindən hazırlanmış və Milli Məclisə təqdim edilmiş seçkilər haqqında qanun Azərbaycanda ilk dəfə olaraq parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə tuturdu. Çox təəssüf ki, hətta müxalifətin də razılıqla qarşıladığı bu layihə sonralar qəbul olunmamış qaldı.
Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin statusu haqqında qanun qəbul edildi. Hüquq-mühafizə orqanlarında köklü islahatların başlanğıcı qoyuldu. İslah-Əmək sistemi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyinin tabeliyinə verildi.
Ə.Elçibəyin prezident olaraq yürütdüyü iqtisadi siyasət əsasən iki məqsədə yönəldilmişdi. Birincisi, köhnə dövlət təsərrüfatını vaxtsız dağılmaqdan qoruyub saxlamaq və bunun üçün dövlət əmlakının gündəlik talan edilməsinin qarşısını almaq, əmək intizamını, vəzifəli şəxslərin dövlət qarşısında məsuliyyətini, ictimai sərvətin mühafizəsini gücləndirmək; köhnə iqtisadi əlaqələri bərpa etmək yolu ilə iqtisadiyyatda nisbi də varsa sabitliyə nail olmaq. İkincisi, liberal iqtisadi islahatlara başlamaqla respublikada bazar iqtisadiyyatının formalaşmasına nail olmaq. Bu məqsədlə Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı.
http://az.wikipedia.org/wiki/%C6%8Fb%C3%BClf%C9%99z_El%C3%A7ib%C9%99y
Category:
Tags:
- Əbülfəz Elçibəy
- Azerbaycan
- Azərbaycan Xalq Cəbhəsi
- Azərbaycan Respublikası
- Ebulfez Elcibey
- Abülfaz Elçibay
- Ebulfez Elçibey
- ابوالفضل ائلچی بیگ
- ائلچی بی
- آذربایجان
- آذری
- تورک
- میللی حرکت
- Azerbaycan prezidenti
- Türk
- Azerbaycan Cumhurbaşkanı
License:
Standard YouTube License
-
5 likes, 1 dislikes
3:25
Baş nazir bayrağı yerdən qaldırdı - 2011by FaktXeber20105,131 views
1:53
Elcibey_video_1992by cavidebil66,793 views
11:00
Prezident Əbülfəz Elçibəyin Azərbaycan Televiziyası ilə çıxışıby insanhaqlari12,805 views
2:06
Super Milli Meclisby aliyevilham95,909 views
43:54
Совершенно секретно: Гейдар Алиевby AzerbaijanSaatly140,965 views
9:51
Qarabag Alikby viking12121227,636 views
2:27
Mütəllibov vs Aliev - Azərbaycanby NizamiJafarov29,350 views
2:19
Elcibey Azerbaycan Bozqurd.wmvby MeteKagan93613,425 views
7:58
17 İYUN 1993, MİLLİ MƏCLİSby Etibar197810,441 views
0:58
Deputatlığa namizəd - 2 (Biabırçı səhv)!by Siracik7tepe106,095 views
10:01
Əliyevlər rejiminə etirazby IsaQambar19,982 views
5:43
Heyder Eliyev qeyri resmi Heydar Aliyev1by 666seos16,939 views
8:46
Sevil Nuriyeva ilə Əbülfəz Elçibəyin danışıqıby insanhaqlari42,889 views
5:26
VASIF TALIBOVUN QARAJIby MusayevAnar41,872 views
9:52
Azərbaycan prezidenti İlham Əliyev: "İRƏVAN XANLIĞI ƏZƏLİ AZƏRBAYCN TORPAĞIDIR"by iravancom29,774 views
6:14
Ayaz Mütəllibovun oğlu dəfn olunduby admincontact51,809 views
5:19
Уничтожение Армянских Хачкаровby ArsenRev166,322 views
3:35
Azərbaycan Milli Ordusu 2011 - Azerbaijan National Army (Part 4)by Azerimax10,851 views
1:54:46
Rovsen Cavadov-2by djeyxun18,499 views
2:05
EKS PREZİDENT AYAZ MÜTƏLLİBOV ÖĞLUNUN DƏFNİNDƏ İŞTİRAK EDİBby Obyektivtv2,353 views
- Loading more suggestions...
@hani5794 a pochemu udivlyayetes?razve eto ne ironiya sudbi,kakie mi sami takie i chinovniki.bir xalqin bir ogulu var heyder aliyev,bu xalq nie olmur e?20% torpaq gedib gay parad kechirdejekler eto razve ne pozor?ya lichno ne udivlyayus,nad kem smeyetes?nad soboi smeyetes...
zoeny95 2 weeks ago
Onun prezidentlik dövrü Azərbaycan üçün təhqir idi
elnur355 2 weeks ago
TANRI TURKU QORUSUN .. ELCIBEY LIDER !!!
BOZQURDism 2 months ago
Я УДИВЛЯЮСЬ ДО СИХ ПОР БЕСТОЛКОВОСТИ НАШИХ ПОЛИТИКОВ.......
hani5794 5 months ago
kishi adam idi... qedrini bilmedik
qafqazli91 7 months ago