-Tərpəndi, ya tərpənmədi?-
Titrəyib yer tərpənəndə bilmirəm insanların,
Şübhəli iymanları tərpəndi, ya tərpənmədi?
Hündür eyvandan baxıb dövran mənimdir söyləyən,
Məmurun eyvanları tərpəndi, ya tərpənmədi?
Allahın torpaqların ac kəndliyə pulnan satan,
Quldarın ormanları tərpəndi, ya tərpənmədi?
Həm evi, həm qəlbi sınmış binəvalarçün görən,
Dövlətin imkanları tərpəndi, ya tərpənmədi?
Şah Hüseyn ilə Yəzidi bir tutan cahillərin,
Şah damarda qanları tərpəndi, ya tərpənmədi?
Özgənin ünvanına öz nəslini yerləşdirən,
Acgözün ünvanları tərpəndi, ya tərpənmədi?
Dövri-Sabirdən bu yanə bir əsr yatmışların,
Lərzədən yorğanları tərpəndi, ya tərpənmədi?
Can güdən oğlanların dəhşətdə ikən özləri,
Özgələrçün canları tərpəndi, ya tərpənmədi?
Pünhanın söznən vurub tərpətdiyi insanların,
Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?
(Baba Pünhan -Tərpəndi, ya tərpənmədi?-
Baba Punhan -Mən nə dedim ki?!"20 dekabr, 2000 )
Azerbaijan Baku
Allah gunahlarin bagishlasin.min rehmet
azerbaijanec175 1 month ago
Allah rehmet elesun Baba Punhana. Haqq shairi idi.
COMENDANTE100 1 year ago
Allah rehmet elesin
softbaz 1 year ago
Allah rehmet elesin ay Baba sene... Zamanemizin Sabiri, Mirzesiydin.
maninbaku 1 year ago
Azərbaycanın Baba Pünhana ehtiyacı var. Çün ehtiyac ta qədimdən biz insanlarda var. İnşaallah Allah rəhmini əsirgəməz.
011352288 1 year ago
Zamanimizin Sabiri.....Halal olsun sene!!! Bol-bol rehmet....
MrEvev 1 year ago
Zamanimizin Sabiri.....Halal olsun sene!!! Bol-bol rehmet....
MrEvev 1 year ago
Zamanimizin Sabiri.....Halal olsun sene!!! Bol-bol rehmet.....
MrEvev 1 year ago
Chox sagolun! Allah rehmet elesin
Agadadash 2 years ago