Uploaded by insanhaqlari on Jan 3, 2010
Azadlıq Radios - 23.06.2009 -Şahnaz Bəylərqızı.
«Nə sağçıyam, nə solçu, millətçiyəm, millətçi!». Bu şüar iyunun 13-də Təbrizdəki mitinqdə səslənib. İran azərbaycanlıları paytaxt Tehranda təkrar seçkilər keçirilməsini tələb edənlərə münasibətlərini bu cür bildiriblər. Yenə də prezidentliyə namizəd, əslən azərbaycanlı Musəviyə dəstək vermədən, seçki məsələsinin üstündən keçərək və sadəcə, Azərbaycançı şüarlar səsləndirməklə. Amma gözləmək olardı ki, İrandakı azərbaycanlılar prezidentliyə namizəd Musəviyə ilk gündən dayaq duracaq, Təbrizdə, Ərdəbildə və başqa böyük şəhərlərdə dəstək mitinqləri keçirəcəklər. Amma olmadı. Azərbaycanlılar Musəvidən incikdirlər. Səbəb haqda az sonra
ÇÖHRƏQANLI: «TƏBRİZ QIRAQDA QALMAMALIDIR!»
Bu arada isə özünü Güney Azərbaycan Milli Oyanış Hərəkatı adlandıran təşkilatın lideri Mahmudəli Çöhrəqanlı İrandakı azərbaycanlılara ikinci dəfə müraciət edib, ölkədəki vəziyyəti «inanılmaz həssas və kritik» adlandırıb. Onun fikrincə, İrandakı azərbaycanlılar hadisələri düzgün qiymətləndirmirlər. Və Çöhrəqanlı azərbaycanlıları etiraz aksiyalarında iştiraka çağırıb:
«Təbriz və bütün Güney Azərbaycan oturmamalıdır. Bu kritik, tarixi və həssas durum həmişə olmayacaq. Baxın, bütün dünyanın gözü İrandadır. Biz qıraqda qalmamalıyıq»
AZƏRBAYCANLILARIN ÜSYANI
Bu müraciəti dəyərləndirən İran Azərbaycanındakı fəallardan biri Abbas Lisani isə bütün fikirlərə sayğı ilə yanaşdığını deyir. Amma əlavə edir ki, bu gün İranda qarşı-qarşıya duran iki cəbhə var - Əhmədinejadla Musəvi. Amma bu cəbhədən kənarda biri də var azərbaycanlılar. Onlar etirazlarını susmaqla bildirirlər. Bu susqunluq əslində, kənardan, xüsusən də Tehrandan üsyan kimi başa düşülür:
«Bu, özü bir üsyandır. Bu da keçmiş təcrübəyə dayanır»
Abbas Lisani fikrini bununla izah edir ki, adətən belə kütləvi aksiyalardan sonra zərərçəkən məhz azərbaycanlılar olur. Ona görə də, indi azərbaycanlılar hadisələrdən kənarda durmağa üstünlük verirlər. Eyni zamanda, Abbas Lisaniyə görə, digər millətlərin meydana çıxması bu gün savaşmaqda olan iki cəbhəni birləşdirə bilər. Bu da nəhayətdə milli haqlarını tələb edəcək üçüncü cəbhəyə zərbə endirməyə əsas verə bilər. Amma bununla belə:
«Biz heç kimi etiraz aksiyalarına qatılmağa və ya qatılmamağa çağırmırıq. Əgər üçüncü cəbhə - türklər, kürdlər, türkmənlər, ərəblər meydana girsə, öz milli haqları uğrunda savaş aparacaqlar»
«MUSƏVİNİN SƏHVİNİ TƏKRAR ETMƏYƏCƏYİK»
İranlı dindarlardan biri, Höccətülislam Əbdüləzim Əzimiqədim isə deyir ki, indiki məqamda Mir Hüseyn Musəvini meydanda tək qoymaq insafdan deyil. Amma əlavə edir ki, bu gün İranda insan haqları uğrunda savaş gedirsə, Azərbaycan davası bundan bir az yuxarıda durmalıdır. Tehranda isə bu məqamda azərbaycanlılardan dəstək gözlənir:
«Bu gün internetdə müzakirə olunur ki, Azərbaycan niyə Tehrandan geri qaldı, gərək birinci olaydı. Bunun cavabında deyə bilərik ki, üç il bundan əvvəl «İran» qəzeti Azərbaycan xalqına həqarət edəndə, indi Tehranda olanlar Təbrizdə azərbaycanlıların başına gəldi. Gənclər gülləbaran edildi. O zaman buna etiraz etdilərmi ki, bu gün Təbrizdən də intizarları ola»
Əbdüləzim Əzimiqədim bununla belə, deyir ki, bu gün onlar Musəvinin və ya Kərrubinin səhvini təkrar etməyəcək, ona lazımi dəstək verəcəklər. Onlar insan hüquq müdafiəçilərinin və islahatçıların mübarizəsinə qıraqdan baxa bilməzlər. Üstəlik, Əbdüləzim Əzimiqədim Musəvini müsbət lider kimi xarakterizə edir:
«Hamı düşünürdü ki, dini rəhbər «mitinqləri bitirin» dəyəndən sonra Musəvi də dinməyəcək. Amma bir gün çəkmədi, o cavab verdi ki, rəhbər ağsaqqallıq etmək əvəzinə özünü ayrı cinaha verdi, milləti qan tökməklə təhdid etdi. Rəhbərə qarşı bu söz cəsarət tələb edir»
Əzimiyə görə, bu hərəkətdən sonra Musəvinin dindarlar arasında dəstəyi nisbətən zəifləyə bilər, amma əvəzində dostlarının artması da istisna edilmir.
İsveçdə yaşayan azərbaycanlı Əsəd Sadiqi isə deyir ki, vaxtilə azərbaycanlıların işgəncə altında öldürülməsinə, onların haqq davasına göz yuman fars ziyalıları bu gün mövqelərini dəyişiblər:
«Onlar Musəviyə müraciət edirlər ki, gərək qeyri millətlərin hüquqlarını tanıya və hörmət edəsiz, onlar da bu hərəkata qatılsınlar. Yoxsa bu hərəkat məqsədinə çata bilməz»
http://www.azadliq.org/content/article/1760893.html
Category:
Tags:
- Cenubi Azerbaycan
- Guney Azerbaycan
- Abbas Lisani
- Mahmudəli Çöhrəqanlı
- İran azərbaycanı
- üsyan
- آذربایجان
- عباس لسانی
- حجت السلام عظیمی قدیم
- دکتر محمود علی چهرگانی
- تبریز
- ارومیه
- اورمیه
- اردبیل
- زنجان
- آذربایجان جنوبی
- حرکت ملی
- انتخابات
License:
Standard YouTube License
-
40 likes, 3 dislikes
4:22
İranda Ana dilində təhsil tələb edən mollaby ADAPPIran3,344 views
7:15
Güney Azerbaycan Başkenti Tebrizde Türk Öğrencileri Ayaktaby erzinlibozkurt1,820 views
3:39
Güney Azərbaycan Milli Marşı... (آذربایجان- میللی مارش)by insanhaqlari31,087 views
45:00
İran rejimi Azərbaycan DÖVLƏTÇİLİYİNƏ qarşı manqurt Azərbaycanlılardan faydalanırby Babek5512224,951 views
4:47
Surxay Qedirxum Xamneyi Rehberby RusifHuseynov7,134 views
3:50
Dindarlarla polis arasında toqquşma olubby ElnurMajidli64,993 views
4:04
Seyid Cəfər Pişəvəri Kimdir? - سید جعفر پیشه وری کیمدیر؟by insanhaqlari2,111 views
2:24
Şehriyar: Ayağa dur Azerbaycan ! آذربایجانby insanhaqlari22,917 views
0:30
lotu mamed (by guneslinec Zeynal)by Guneslinec154,136 views
0:28
Azerbaycan Var Olsun İstemiyen Kor Olsun | Güney Azerbaycan Tebrizby YetqinQarapapaq27,172 views
10:45
Əsirlər sirlər - Azərbaycan Erməni Davası (1/3ci bölümden)by insanhaqlari84,470 views
3:58
Xumar Qedimova - Meni dindirmeby AzeriiGiirly38,235 views
3:51
İranda azərbaycanlı fəalın başına gələnlər....jurnalist Abdulla Səduqiby ADAPPIran589 views
8:14
Şair Məmməd Araz'dan Milli və Vətən şeirləri - ممد آراز و میللی شعرلرby insanhaqlari6,934 views
1:05
Dini lider Hamaney batılı ülkeleri sert dilde eleştirdiby euronewstr644 views
5:28
AZERBAIJAN-1-5NEMAT PANAHLI AZADLIQ MEYDANI 1988-ci ilby PanahliNemat1,853 views
2:57
2/A.Gül təbrizdə, Azərbaycan millətçiləri tərəfindənby istiqlaltv12,578 views
0:44
Sonunda Türkiye Kürdistani kabul etti ! Cumhurbaskani Abdullah Gül Kürdistan dedi !by dtparsiv10,398 views
0:29
Polatchi Tabriz_Piruzi Tehran_Turk dilinde medrese فولادگستر تبریز پیروزیby SouthAzerbaijan011,786 views
9:04
Mikayil Mushfig (Azerbaijani: Mikayıl Müşfiq)by insanhaqlari3,560 views
- Loading more suggestions...
iranda yasayan azerbaycan türk kardesler farslarin arya fashizm propaganda politikasina ayaklanin ve tüm türk kardesler haklarinize sahip cikiniz . farslarin istekleri tüm iranda yasayan türklügü yok etmekdir.
webbizz88 4 months ago