ALLAH
İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmasa, görünməz gözə Allah.
Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.
Bildik, bilirik, gizlidir insadakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.
Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
Bətndəki, cövhərdəki fitrətdədir Allah.
Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.
İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində duyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.
Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.
1984
bu insan onceler ateist deyildi????
Hesenzade313 8 months ago
BƏXTİYAR BƏY SİZ dahilərdənsiniz . ALLAH SİZƏ rəhmət eləsin.
SƏNİ başa düşmədiyinə görə bağışla AZƏRBAUCANIMI
mexman671 1 year ago
Allah rehmet elesin!!! Amin!!!!
oxon79 1 year ago
Allah rehmet elesin !!!!!!!!
Ilqarkc 1 year ago
azerbaycanin neinki bu dunyada heryerde fexri
reyhanaful 1 year ago
Batildəki.............
vusalm 2 years ago
Allah sene chox shukurler olsun , bizin olkemizde indi vicdan azadligi var. Unudulmaz shairimiz de indi ucadan Allah suyledi ve getdi... Allah rehmet etsin
redudex007 2 years ago
nur icinde yatsin
maestro999999999 2 years ago
Allah rehmet elesin!
qamma4 2 years ago
Allah Bahtiyar Vahabzadeye rahmet eylesin.
mahmutozer38 2 years ago 2