2009 Noyabrın 17-də Azad Fikir Universitetinin qonağı tanınmış hüquqşünas Erkin Qədirli idi. O, tələbələrə dekonstruksiya fəlsəfəsi haqqında mühazirə oxudu. Erkin öz mühazirəsinə dekonstruksiya fəlsəfəsinin yarandığı tarixi kontekst, eləcə də həmin fəlsəfənin yaranmasının ilkin şərtləri və səbəbləri haqqında məlumat verməklə başladı. O, eləcə də dekonstruksiya fəlsəfəsinin banisi Jak Derida barəsində ətraflı danışdı.
Dekonstruksiya fəlsəfəsi nədir? O niyə indi də aktual olaraq qalır? Bugünkü Azərbaycanda dekonstruksiya bizə hansı formada xeyir və ya ziyan gətirə bilər? Cəmiyyətdə və siyasətdə bu fəlsəfəni necə tətbiq etmək olar? Və ən nəhayət, dil insan və cəmiyyətin həyatında nə dərəcədə və hansı rolları oynayır?
Erkin Qədirli öz mühazirəsi boyu tələbələrə bu və digər suallara cavab tapmaqda yardım göstərdi.
http://www.azadfikir.org/index.php?option=com_content&view=article&id...
Link to this comment:
All Comments (0)