Axırıncı aşırım (film, 1971)

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
13,275
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Dec 21, 2010

Məzmun

Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir.

Festivallar və mükafatlar

1)1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalı
Aktyor Adil İsgəndərova Ən Yaxşı Kişi Roluna görə Mükafat verilmişdir.
Aktyor Həsən Məmmədova Ən Yaxşı Kişi Roluna görə Mükafat verilmişdir.

Film haqqında

Film aktrisa Kübra Əliyevanın kinoda ilk işidir.
Film yazıçı Fərman Kərimzadənin "Qarlı Aşırım" romanı əsasında ekranlaşdırılmışdır.
"Axırıncı aşırım" filmi iki nüsxədə müxtəlif sonluqlarla lentə alınıb. Belə ki, Azərbaycan nüsxəsində Qəmlo Kərbəlayi İsmayıl tərəfindən, ancaq rus nüsxəsində isə daima Yədullanın (Yədulla, Kərbəlayi İsmayılın ölən oğludur) məzarının yanında gizlənən bir qaçağın əli ilə o dünyaya göndərilir. Hazırda hər iki nüsxə qorunub saxlanılır. Rejissor Kamil Rüstəmbəyov filmin sonunu belə çəkmişdi: Qəmlo Kərbəlayinin sözünə məhəl verməyib atlıların ardınca yollanır və Abbasqulu bəyi öldürür. Sözü yerə düşən Kərbəlayi isə Qəmlonun ardınca yollanır, lakin, Abbasqulu bəyi xilas edə bilmir və qəzəbindən Qəmlonu öldürür. Kərbəlayinin belə cəsur göstərilməsi yuxarı dairələrdəki kinotənqidçilərin xoşuna gəlmir və rejissordan filmin sonluğunu dəyişməsini tələb edirlər. Rejissor qısa bir çəkiliş edir, Qəmlonu Xudayarın qardaşı öldürür, film montaj edildikdən sonra ekranlara çıxır. Lakin filmə diqqətlə baxsaq görərik ki, Kərbəlayinin adamlarından biri təşviş içərisində gəlib kəndlilərə xəbər verir ki, Kərbəlayi Qəmlonu gəbərtdi. Məhz filmdə qalan bu səhnə yuxarıda deyilənləri sübut edir.
Aktyor Yusif Vəliyevin Kərbəlayi İsmayıl obrazını səsləndirməsini obrazın ifaçısı Adil İsgəndərov məsləhət görüb.
Film Azərbaycan kinosu tarixində əsl kişi filmi adını almışdır.
Film real faktlar əsasında çəkilib. Abbasqulu bəy Şadlınski də, Kərbəlayi İsmayıl da, Qəmlo da real həyatda yaşamış insanlardır.
Əbdül Mahmudov: ... "Axırıncı aşırım" filmində Məlik Dadaşovun silləsindən aldığım zədə hələ də dodağımın kənarında çapıq şəklində qalmaqdadır. Hətta dişim də sınmışdı ki, onu da hələ düzəltdirməmişəm, olduğu kimi qalır" ... ("Axırıncı aşırım: Azərbaycan kişilərinin kinosu" - Ekspress qəzeti, 10.07.2003, Ulduzə Qaraqızı).

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari Müəllifi : Fərman Kərimzadə
Quruluşçu Rejissor : Kamil Rüstəmbəyov
Quruluşçu Operator : Rasim İsmayılov
Quruluşçu Rəssam : Nadir Zeynalov
Bəstəkar : Arif Məlikov
Səs Operatoru : Vladimir Savin
Rejissor : Tofiq Məmmədov
Dekor Rəssamı : T. Məlikzadə
Qrim Rəssamı : V. Bereznyakov
Montaj edən : A. Abramova, Rəfiqə İbrahimova
Redaktor : İntiqam Qasımzadə
Quraşdırılmış Səhnələrin Operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
Rejissor Assistenti : Ceyhun Mirzəyev, Nicat Feyzullayev
Operator Assistenti : V. Romanov, F. Sekandçed
Çalır : Kinematoqrafiya Dövlət Simfonik Orkestri
Dirijor : Arif Məlikov
Filmin Direktoru : Nazim Ələkbərov
İşıqçı : A. Məmmədzadə (titrlərdə yoxdur)

Rollarda

Həsən Məmmədov- Abbasqulu bəy
Adil İsgəndərov- Kərbəlayı İsmayıl
Məlik Dadaşov- Qəmlo
Hamlet Xanızadə- Talıbov
Həsənağa Turabov- Xəlil
Şəmsi Bədəlbəyli- Şabanzadə
Tamilla Rüstəmova- Növrəstə
Şahmar Ələkbərov- İman
Əbdül Mahmudov- Bəylər
Sadıq Hüseynov-Səməd
Elxan Qasımov-Vəli
Ə. Rzayev
Fazil Salayev-Rəşid
Abbas Rzayev-Yaqub kişi
E. Kərimov
Əhməd Əhmədov-Kərbəlayinin adamı
Muxtar Avşarov-Rəsul
Mirzəbala Məlikov-Şirəli
Məmmədsadıq Nuriyev-Kəndli
Kübra Əliyeva
D. Abdullayeva
Tariyel Qasımov-Xudayarın qardaşı
Bahadur Əliyev-Eyvaz
Yusif Yulduz-Kərbəlayinin adamı
Elxan Ağahüseynoğlu-Komsomolçu
Dadaş Kazımov-Səməndər
Gümrah Rəhimov-Kərbəlayinin adamı
Nəcibə Behbudova-Kəndli
Kamil Qubuşov-Kəndli
Əli Xəlilov-Kəndli
Hacı İsmayılov-Kəndli (titrlərdə yoxdur)
Kamil Məhərrəmov-Kəndli (titrlərdə yoxdur)
Ağaxan Salmanov(titrlərdə yoxdur)

Filmi səsləndirənlər

Yusif Vəliyev-Kərbəlayi (Adil İsgəndərov) (titrlərdə yoxdur)
Ramiz Məlikov-Bəylər (Əbdül Mahmudov) (titrlərdə yoxdur)
Hacı İsmayılov-Kəndli (titrlərdə yoxdur)
Kamil Qubuşov-Şabanzadə (Şəmsi Bədəlbəyli) (titrlərdə yoxdur)

http://az.wikipedia.org/wiki/Axırıncı_aşırım_(film,_1971)

  • likes, 0 dislikes

Link to this comment:

Share to:
see all

All Comments (4)

Sign In or Sign Up now to post a comment!
  • super film

  • @MegaVasmoyski ZZ top Tush

  • oluremdeeee bu film ucun  Tesekkurler

  • tesekkurler Vusal1981

Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more