Uploaded by vusal1981 on Dec 17, 2010
Məzmun
Bakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər(Rəşid Behbudov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman(İsmayıl Əfəndiyev) onun köməyinə gəlir...
Film haqqında
Film aktyor-müğənni Rəşid Behbudovun kinoda ilk işidir.
Film aktyor Lütfəli Abdullayevin kinoda ilk işidir.
Musiqili film dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır.
Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxmışdır. 8-ci yeri tutmaqla prokat lideri olmuşdur. ("Domaşnaya Sinematika" bədii filmlərinin kataloqu. Moskva, 1966).
Film nəinki Azərbaycan, həm də sovet kinosuna dünya şöhrəti qazandırmışdır.
Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sosioloji tədqiqatlar nəticəsində sovet kinosunun inkişafına əhəmiyyətli təsir göstərmiş sovet filmlərinin və sovet ekranında uzun illər nümayiş etdirilmiş xarici ölkə filmlərinin arasından "100 Sevimli film" seçilmişdir. Həmin filmlər üç hissəyə-Qızıl, Gümüş və Bürünc siyahılara ayrılmışdır. 1945-ci ildə istehsal olunmuş "Arşın Mal Alan" kinokomediyası məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl Siyahı" ya daxil edilmişdir. ("Oqonyok" jurnalı, № 2, Yanvar, 1996).
Film 136 ölkədə nümayiş etdirilmiş, 86 dilə tərcümə edilmişdir.
Soltan bəy obrazını oynayan Ələkbər Hüseynzadə filmdən əvvəl 600 dəfə səhnədə bu obraza həyat vermişdir.
Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq Bankın maliyyə dəstəyilə "Arşın mal alan" filminin Moskva Film Fondundakı nüsxəsinin ölkəmizə gətirilərək, Azərbaycan dilində yenidən bərpa olunmasını təşkil edib. 16 May, 2006-cı ildə film 60 illiyində ilk dəfə nümayiş etdirilib.
Filmin çəkilməsi Stalinin göstərişi ilə həyata keçirildiyindən Mir Cəfər Bağırov çəkilişlərə xüsusi nəzarət etmişdir.
Filmdə gözə dəyən nə varsa hamısı təbiidir. Bu filmdə ümumiyyətlə butafordan istifadə edilməyib. Qızıl, bəzək əşyalarından tutmuş bütün ev əşyalarına qədər hər şey təbii və həqiqətən qiymətli əşyalardır. Rəşid Behbudov xatırlayırdı ki, çəkilişlərdə istifadə olunan qiymətli əşyalar muzeydən və xüsusi elanlarla əhalidən çəkiliş müddətinə götürülmüşdü.
Leyla Bədirbəyli Gülçöhrə roluna 50 qızın içərisindən seçilmişdi.
Festivallar və mükafatlar
1)1946-cı ildə
Bəstəkar Üzeyir Hacıbəyova (ölümündən sonra), rejissor Rza Təhmasibə, aktrisa Leyla Bədirbəyliyə, aktrisa Münəvvər Kələntərliyə, aktyor Rəşid Behbudova, aktyor Lütfəli Abdullayevə və aktyor Ələkbər Hüseynzadəyə SSRİ Dövlət Mükafatı verilmişdir.
Filmin heyəti
Filmin üzərində işləyənlər
Əsərin Müəllifi : Üzeyir Hacıbəyov(titrlərdə yoxdur)
Ssenari Müəllifi : Sabit Rəhman
Quruluşçu Rejissor : Rza Təhmasib, Nikolay Leşşenko
Rejissor : İsmayıl Əfəndiyev
Quruluşçu Operator : Əlisəttar Atakişiyev, Muxtar Dadaşov
Bəstəkar : Üzeyir Hacıbəyov(titrlərdə yoxdur)
Musiqi Redaktoru : Niyazi
Səs Operatoru : Ağahüseyn Kərimov
Quruluşçu Rəssam : Yuri Şvets
Rəssam : Ağamehdi Qumriyev
Geyim Rəssamı : İsmayıl Axundov
Mahnıları Rus Dilinə Tərcümə edən : Tatyana Streşneva
Rejissor Assistenti : Zeynəb Kazımova, Əlisəttar Məlikov, N. Rusanova
Montaj üzrə Assistent : A. Strijova
Operator Assistenti : Kazım Həsənov
Filmin Direktoru : Daniil Yevdayev, Teymur Hüseynov
Xoreoqrafiya Müəllifi : Əlibaba Abdullayev(titrlərdə yoxdur)
Rollarda
Rəşid Behbudov-Əsgər
Leyla Bədirbəyli(Leyla Cavanşirova kimi)-Gülçöhrə
Ələkbər Hüseynzadə-Soltan bəy
İsmayıl Əfəndiyev-Süleyman
Münəvvər Kələntərli-Cahan xala
Lütfəli Abdullayev-Vəli
Fatma Mehrəliyeva-Telli
Rəhilə Mustafayeva-Asya
Mirzəağa Əliyev-Məşədi İbad
Janr: Komediya
Məhəbbət
Musiqili
İlk baxış tarixi: 21 Yanvar, 1949, Finlandiya
29 İyul, 1950, ABŞ
16 May, 2006, Bakı(bərpa edilmiş versiyası-azəricə)
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: Bakı Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Ağ-Qara
Vaxt: 99 dəq.
İl: 1945
Film çəkilən yerlər: Bakı
Texniki məlumatlar: 10 hissə
2715 metr
35 mm
http://az.wikipedia.org/wiki/Arşın_mal_alan_(film,_1945)
http://www.imdb.com/title/tt0037520
-
22 likes, 0 dislikes
1:32:13
Arşın mal alan/Аршин мал алан (film, 1945)(rus dilində)by vusal19816,014 views
1:25:56
Arşın mal alan (film, 1965)(azərbaycan dilində)by vusal198111,918 views
1:28:54
O olmasın, bu olsun (film, 1956)(azərbaycan dilində)by vusal198125,638 views
2:26
Arshin Mal Alan - 1965by SCSA100135,926 views
1:23:26
Arşın mal alan/Аршин мал алан (film, 1965)(rus dilində)by vusal19817,876 views
1:33:07
Koroğlu (film, 1960)(azərbaycan dilində dublyajlı)by vusal198114,655 views
5:05
Arshin Mal Alan | Reshid Behbudov - Esgerin Ariyasi (HQ)by hasanhasanly8,154 views
1:14:15
Qayınana (film, 1978)by vusal198115,495 views
1:05:04
Bircəciyim (film, 1986)(azərbaycan dilində)by vusal19818,589 views
2:07
Деньги есть?by OrbRider201,318 views
1:26:50
Əhməd haradadır? (film, 1963)by vusal198131,383 views
1:02:55
Fətəli xan (film, 1947)by vusal19812,250 views
9:49
Metin & Aypara Azeri toyby Alekberli196,279 views
15:00
Аршин мал-аланby sovkinoful4,586 views
1:31
azerbaycan_mzii_gaynana_filminden.mp4by turalsedirov13,785 views
1:17:54
Bir qalanın sirri (film, 1959)(azərbaycan dilində)by vusal19819,214 views
1:20:22
Ögey ana (film, 1958)by vusal198124,837 views
1:17:58
Arxadan vurulan zərbə (film, 1977)by vusal198111,313 views
9:07
MASHADI IBAD part 3 azerbaycan comic musical.comedy.. film.uzeir Hajibayov.hajibeyovby hadianamir118,289 views
9:00
Arshin Mal Alan (Arşın Mal Alan) 1965 - part 7 of 10by simuzar10,099 views
- Loading more suggestions...
CHOH SAUL
bakirazboynik 2 weeks ago
шедевр!!!
reiki9866 7 months ago 2