İngltərədə London Bələdiyyəsi "İşğal Et" hərəkatçılarina qarşı açdığı hüquq davasını qazanıb.
Ali Məhkəmə, 15 Oktyabrdan bəri şəhərin mərkəzindəki Əziz Paul Katedrali qarşısında düşərgə quran nümayişçilərin, meydandan çıxarılmasına qərar verib.
Hərəkatçıları isə bələdiyyənin qarşıya qoyduğu səbəblərin ədalətli olmadığı fikirindədirlər. Londonu İşğal et hərəkatçıların vəkili John Cooper mübarizələrinə davam edəcəklərini açıqlayarkən qərarı apelyasiya məhkəməsinə verəcəklərini bildirib.
London Bələdiyyəsi turistlərin şəhərdəki ən əhəmiyyətli ziyarət yerlərindən katedralin önündəki avtomobil yolunun çadırlarla bağlanılmasını səbəb göstərərək iddia qaldırmışdı. Bələdiyyə eyni zamanda qurulan düşərgənin gigiyena və təhlükəsizlik baxımından problem yaratdığını irəli sürüb.
Şəhər səlahiyyətliləri "İşğal Et" hərəkatlarinin davam etməsini istədiklərini lakin qurulacaq başqa bir düşərgə sahəsində nümayişlərin edilməsini istəyirlər hərəkatçılar isə meydandan ayrılmaq istemirlər.
Link to this comment:
All Comments (0)