Uploaded by RezaTebrizli on Feb 5, 2008
Çaşıoğlu Multimedia şirkəti tərəfindən hazırlanmış Azərbaycan tarixi audio-vizual diskləri vətən tarixinin ən qədim zamanlarından başlamış XX-ci əsrin ikinci yarısınadək olan dövrünü əhatə edir.
Qədim dövr
Qədim dövrü əhatə edən diskdə ölkəmizdə ən qədim insanların meydana gəlməsi, yaşaması, ilk sivilizasiyaların yaranması və inkişafı öz əksini tapmışdır. Lullubi və quti erkən dövlət qurumlarının, Manna, İskit, Atrapatena və Albaniya dövlətlərinin yaranması və inkişafi xronoloji ardıcıllıqla verilmişdir.
Orta Əsrlər dövrü
Orta Əsrlər dövrünün Erkən Orta Əsrlər mərhələsini əhatə edən diskdə Azərbaycanın dövlətçilik tarixinin inkişafı, Albaniya Girdiman, Şirvanşahlar, Məzyədilər, Sacilər. Sallarilər, Şaddadilər və Rəvvadilər dövlətlərinin yaranması tarixi haqqında məlumat yer alır.
Orta Əsrlər dövrünün Klassik Feodalizm və Son Orta Əsrlər mərhələsini əhatə edən diskdə Azərbaycanda intibah daha qabariq şəkildə öz əksini tapmışdır. Eldənizlər, Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi imperatorluqları kimi möhtəşəm Azərbaycan türk dövlətlərinin yaranması və inkişafı, onların tariximizdə yeri və rolu real faktlar əsasında işıqlandırılmışdır.
Azərbaycan tarixini obyektiv şəkildə əks etdirən interaktiv xəritələrin, sxemlərin, slaydların ölkəmizin müxtəlif dövrlərdə tarixini əks etdirən video materialların, lüğət, animasiyaların verilməsi o dövrü daha dolğun əhatə edir.
Yeni dövr
Vətən tarixinin yeni dövrünü əhatə edən dörd audio-vizual disk XVİİ-ci əsrin ikinci yarısından 1918-ci ilədək olan dövrü əhatə edir. Yeni dövr diskində Səfəvilər dövlətinin son mərhələsi, Əvşar imperatorluğunun yaranmasi, dağilması, Azərbaycan ərazisində müstəqil dövlətlərin yaranması və inkişafı barədə geniş məlumat verilmişdir. Azərbaycan torpağlarına yiyələnmək uğrunda Rusya və Osmanlı dövlətləri arasında gedən mübarizə, bu mübarizənin Azərbaycan üçün nəticələri ilk dəfə əyani şəkildə bu diskdə öz yerini tapmışdır. Azərbaycanın görkəmli dövlət xadimi, istedadlı sərkərdə Nadir şahın yaratdığı Əvşar imperatorluğunun dövlətçilik tariximizdə oynadığı rol real faktlarla izah olmuşdur. Quba, Şəki, Urmiyə, Qarabağ xanliqlarını, Azərbaycan torpağlarını vahid dövlətdə birləşdirmək uğrunda mübarizəsi sənədli kadrlarla verilmişdir. Ölkəmizin qərbində Yerivan, Gəncə və Naxçivan xanlıqlarına göz dikmiş ermənilərin məkrli niyyətlərinin dərk edilməsi tarixi faktlarla göstərilmişdir.
Yeni dövr İİ-ci hissədə Azərbaycan torpağlarını bölüşdürmək uğrunda mübarizənin yeni mərhələsi Rusiya və Qacarlar sülaləsinin idarə etdiyi İran ərasıində gedən müharibələr və nəticədə ölkəmizdə müstəqil dövlətçiliyin süqutu, torpağlarımızın etnik köçürmə obyektinə çevrilməsi öz əksini tapmışdır.
Yeni dövr İİİ-cü hissədə Azərbaycanın şimal torpağlarında kapitalist münasibətlərin inkişafi, neft və digər sənayi sahələrinin dirçəlişi məsələlərinə geniş yer verilmişdir. Haci Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov kimi şəxsiyyətlər barədə ətrafli məlumat verilmişdir. Azərbaycan xalqının maariflənməsi yolunda onlarən xeyriyyəçilik fəaliyyəti təfərruatı ilə təsvir edilmişdir.
Yeni dövr İV-cü hissədə XX-ci əsrin əvvəllərində Azərbaycanda milli azadliq mubarizəsinin başlanması, Şimali Azərbaycanda Rusiyanın müstəmləkəçiliyi, Cənubi Azərbaycanda şahliq rejimi əleyhinə çıxışların genişlənməsi tarixi sənədlər əsasında şərh olunur.
Ən Yeni dövr
Layihə şəklində olan lakin artıq reallaşmağa başlayan Ən Yeni dövr tarixinin beş diskdə yerləşdirilməsi nəzərdə tutulur.
1-ci diskdə Azərbaycan Xalq Cümhuriyəti və Cənubi Azərbaycanda milli azadliq hərəkatı məsələlərindən bəhs olunur.
2-ci diskdə Azərbaycanda sovet rejiminin bərqərar olması, sosialistcəsinə yenidən qurmalar və onların nəticələri nəzərdən keçirilir.
3-cü diskdə Sovet Azərbaycanı və Cənubi Azərbaycanda İkinci Dünya Muharibəsi illərində baş vermiş siyasi, sosial-iqtisadi və mədəni prosesslər geniş şəkildə təhlil olunur.
4-cü diskdə Sovet Azərbaycanının totalitar rejimi şəraitində keçdiyi yola nəzər salınır.
5-ci diskdə müstəqil Azərbaycan dövlətinin neft strateqiyası, enerji və nəqliyyat təhlükəsizliyi, Xəzərin status problemi, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası öz əksini tapır.
Azərbaycan tarixini əks etdirən bu disklər vətənini sevən hər bir kəsə onun tarixini öyrənmək üçün geniş imkanlar yaradır.
-
8 likes, 0 dislikes
Link to this comment:
7:51Azərbaycan türklərinin tarixiby MrQURD30,765 views
7:40Azərbaycanın gerçək tarixiby sefer19896,335 views
5:20Cavad Xan trailerby turalbaxish2,558 views
3:09AZƏRBAYCAN TARİXİ -Təbriz Xanlığıby 70Ayka1,430 views
5:26«Bu millət ölməyi bacarır hələ!» - Sabir Rüstəm...by insanhaqlari2,155 views
1:39Nadir Şah - Nader Shah Afshar - Afşar Hanedanıby fatihGUNEY06572 views
8:33Azerbaycan Qarabagby asker345672,230 views
6:26News Anchor Fail Compilation 2011 || YDLby YourDailyLaughz19,194,418 views
5:29Azerbaycanby genckurt41180,570 views
54:12II dünya müharibəsi, Azərbaycan II dünya mühari...by eTQDK1,224 views
4:09Azerbaycanby genckurt4110,732 views
10:48Azerbaycan Tarixi 2by hakanjp4,092 views
7:27ULU ÖNDƏR HEYDƏR ƏLİYEVby IMGROUPRO5,149 views
4:28Azerbaycan Tarixi (Azerbaijan History)- (1/15)by HarayHarayMenTurkem5,001 views
4:41KIZILBAŞBUĞ İSMAİL / ŞAH İSMAİLby AzeriKizilbash34,891 views
3:41Ey Vətən!by azerimusic3,109 views
4:43Güney Azerbaycan (iran), Türkiye, Kuzey Azerbaycanby Turancibozkurt9222,962 views
0:55I am from AZERBAIJANby A003B15,046 views
3:22İran da Bozkurtlar Farsları yok ettiler.by theottomanempires10,089 views
0:45Bozkurtlar - Yusuf Ziya Arpacık - Flash tvby yilginlikyok157,489 views
- Loading more suggestions...
varsa totalitar rejim ve 11 ci sinif derslerinide youtuba yerlesdirerdiz
Burhan2958 1 week ago
Super.... History of Azerbaijan!
dranatomi111 1 year ago