Uploaded by insanhaqlari on Feb 7, 2010
01.02.2010 - Sevda İsmayıllı - Azadliq Radiosu.
Onun xatirəsini ildə üç dəfə anmaq borcumuz var. Yaratdığı Cümhuriyyətin doğuluş günündə -28 mayda, Ankarada üç dəfə «Azərbaycan» deyibən haqq dünyasına qovuşduğu gündə - martın 6-da və doğulduğu gündə - yanvarın 31-də.
Qalan günlər onsuz da xatirəsi həmişə qəlbimizdədir, ruhu başımızın üstündədir. 125 illik yubileyini rəsmi Bakı gözardı etsə də... Yubileylə bağlı kitabları Bakıdan çox Moskvada çıxsa da...
AzadlıqRadiosunun «İz» proqramı bu dəfə böyük öndəri doğum günündə «Gecikmiş etiraf kimi...» kitabının müəllifi jurnalist Nəcibə Bağırzadə ilə anmağa qərar verdi.
- Nəcibə xanım, Məhəmməd Əmin Rəsulzadənin və doğmalarının ömür yolunu, həyat hekayəsini anlatmaq istəyi sizdə haradan doğdu?
- Mən Azərbaycan radiosunda çalışdığımdan Məhəmməd Əmin Bəyin nəvəsi Rais bəylə bir sıra verilişlər hazırlamışdım. Bilirsiniz ki, Rais bəyin atası Azər bəy də rəssam olub. Ona həsr olunmuş verilişlərim olub. Həmçinin Seyid Hüseyn, Ümmügülsüm xanım, Oqtay Sadıqzadə də həmin nəsildən olan adamlardır, onlarla bağlı da silsilə verilişlər vermişəm. Və mən bu insanların taleyini yazmağı özümə bir borc bildim.
- Niyə kitabınızın adını «Gecikmiş etiraf kimi» qoydunuz?
- Məhəmməd Əmin Rəsulzadə Azərbaycanda Demokratik Cümhuriyyətin banisi oldu. Təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk Demokratik Cümhuriyyət yaradıcısıydı. Təəssüf ki, Şərqdə çox önəmli hadisə olan Cümhuriyyət az yaşadı. Dünyanın siyasi müstəvisində hadisələr elə cərəyan edirdi ki, Azərbaycan müstəqilliyini qoruyub saxlaya bilməzdi. Amma M.Ə.Rəsulzadə özü bu barədə deyirdi ki, bizim məqsədimiz o oldu ki, bu millətə azadlığın tamını dadızdırdıq. Bilirsiniz ki, azadlıq elə bir duyğudur ki, onu bir dəfə taleyində yaşayan insan heç bir məşəqqətlərə, sürgünlərə, zindanlara baxmayaraq, günlərin birində o azadlığı yenidən dadmaq istəyəcək. Uzun illər M.Ə. Rəsulzadə Azərbaycanda qərib oldu, adı yasaq oldu. O adamların hər biri əziyyətlər gördü, sürgünlər çəkdi, aclıq, ölüm, səfalət...Təsəvvür edin ki, bu nəsildən yeganə bir insan Azər bəydir ki, onun məzarı Azərbaycandadır və babası ilə bir yerdə - Novxanıda basdırılıb. Çoxlarının məzarı yoxdur. Misalçün, böyük oğlu Rəsulu güllələdilər, dənizə atdılar, məzarı bilinmədi. Seyid Hüseyni güllələdilər, atdılar Xəzər dənizinə. Rais bəyin anasının məzarı Qazaxıstanda qaldı. Bu adamların heç birinə Azərbaycanda torpağa tapşırılmaq qismət olmadı. Azər bəyin məzarının üstündə bu sözlər yazılıb: «Məhəmməd Əminin nəslindən doğma vətəndə uyumaq 56 il sürgündən sonra yalnız sənə nəsib oldu...». Siz «xoşbəxtliyə» baxın, bu ailənin təskinlik tapdığı «səadətə» baxın! O üzdən, mənə elə gəlir ki, biz nə eləsək də, onlar üçün gecikmiş etiraf kimi olacaq. Çünki onlara nə doğmalarını, nə itirilmiş gəncliklərini qaytara biləcəyik. Biz kitabın təqdimatını keçirəndə, Füruzə xanımı da ora dəvət etmişdik—Rəsulzadənin qız nəvəsini. O çox xəstə idi və təəssüf ki, biz onu itirdik.
- Nəcibə xanım, mən indi anladım, niyə kitabın adı «Gecikmiş etiraf kimi»dir... Etiraflara başlayaqmı?
Rais Rəsulzadənin babasının heykəli önündə Azadlıq Radiosuna müsahibəsi
- Başlayaq! Demokratik Cümhuriyyət Şərqdə Azərbaycanı tanıtdı. Ümumiyyətlə, biz xoşbəxt millətik. Şərqdə yazılan ilk opera bizim adımızla bağlıdır. Yenə Şərqdə ilk opera yazan qadın bəstəkar da bizdən çıxıb - Üzeyir bəyin tələbəsi Şəfiqə Axundova . M.Ə.Rəsulzadə çox gənc yaşlarından siyasi fəaliyyətə başlayıb. Yaratdıqlarını, yazdıqlarını oxuyanda, adama qəribə gəlir ki, bu cavan, 17-18 yaşlı gənc bütün bunları necə düşündü? Müsavat partiyasını yaratdı, əmisioğlu Məhəmməd Əli Rəsulzadə də iştirakçısı oldu. Partiya yaratmaq önəmli deyil, amma milli ideologiya yaratmaq, düşüncə formalaşdırmaq, insanların şüurunda azadlıq toxumunu cücərtmək önəmlidir. Bax, M.Ə.Rəsulzadə bunu bacardı. Bütün yaradıcılığı ilə, ədəbi fəaliyyəti ilə, publisistikası ilə, parlamentdəki çıxışları ilə. Mühacirət həyatında belə bir an Azərbaycansız yaşamadı! Azərbaycan sevgisindən uzaq qalmadı. Ən əsası, Azərbaycan uğrunda mübadilədən çəkilmədi!
http://www.azadliq.org/content/article/1945055.html
Category:
Tags:
- Məhəmməd Əmin Rəsulzadə
- محمد امین رسولزاده
- Memmed Emin Resulzade
- Mammad Emin Resulzade
- Mehmed Emin Resulzade
- آذربایجان
- Azerbaycan
- آذری
- آذربایجان میللتی
- Azeri
- Milli hokumet
License:
Standard YouTube License
-
25 likes, 1 dislikes
10:59
Məhəmməd Əmin Rəsulzadənin və doğmalarının ömür yolu, həyat hekayəsi (2/2)by insanhaqlari1,799 views
5:07
Nəvə Rəsulzadə ilə söhbət - Azadlıq Radiosuby insanhaqlari949 views
1:07
Eynulla Fətullayev Azadlıq Radiosunda WWW.YENİLİK.AZby TheObyektiv657 views
3:48
Azerbaycan Cumhuriyeti Mehemmed Emin Resulzade Sesiby iranTURKS3,592 views
0:26
Heydər Əliyev Rəsulzadənin şəkillərinin olmamasından gileylənirby munteziri21,322 views
7:36
Məmməd Əmin Rəsulzadəby musavatGENCTESKILATI1,402 views
5:26
«Bu millət ölməyi bacarır hələ!» - Sabir Rüstəmxanlı, BÜTÖV AZƏRBAYCANIN ŞAİRİby insanhaqlari2,370 views
1:13
Heydər Əliyevdən ikiüzlü siyasət!by munteziri34,817 views
2:24
Şehriyar: Ayağa dur Azerbaycan ! آذربایجانby insanhaqlari22,917 views
4:14
Gündəlik xəbərlər buraxilişiby AzadliqRadiosu505 views
2:00
Dindarlar şeyxlə görüşə bilmədilərby AzadliqRadiosu1,632 views
4:37
Egypt's president Hosni Mubark in Azerbaijan, Bakuby AzadliqRadiosu1,081 views
5:28
Rəsulzadənin xatirəsinə bəstələnən ifa (Vahid Qədim)by isayusibov1,515 views
7:05
Sima Xanim - Memmed Emin Resulzade 1 hisse (January 2010)by azerbaycansesi438 views
50:26
Turan İbrahimov - Azadlıq radiosu - Gənclərə yaradılan imkanlarby youthbeam1,474 views
3:24
Əhəd Abıyevin seçicilərlə görüşü.flvby AzadliqRadiosu1,648 views
3:15
H.O.S.T (PRoMete) - Dinlə və yozby BabatFm1,655 views
2:20
Azərbaycanda qiymət artımıby AzadliqRadiosu283 views
9:28
M.Ə.Rəsulzadə-126by musavat71,088 views
5:44
Memmed Emin Resulzadeby gundeliyim25,630 views
- Loading more suggestions...
ALLAH REHMET ELESIN.SAGOLSUN TURKIYE BIZLERIN EDE BILMEDIYIMIZI ONLAR EDIR.
Raskarm84 7 hours ago
Tarix her seye gozel qiymet verir! Zaman gelecek,onun qebri de,heykelleri de Azerbaycanda olacaq.Indiki rejimin onu tanimaq istememesi Xalqin iradesini eks etdirmir.Her kes gozel bilir ki,O kim olub!Dahi shexsiyyet!
nematceferov 7 months ago
Kim unutdurur bizə bu BÖYÜK insani?hər vətəndaşin borcudu bu insan yada salamaq baxinda bu vidyoya nece nefer baxib lap tutaq ki qoymullar colde danismaga internetde axtarib tapib melumatlanmaq anmaq ne cetin isdi biz hələki millət kimi formalaşa bilmirik pis olanlar eybimizi uzə cixardiriq ama əksinə olmalidi.ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN ULU ÖNDƏR
huseynov020 9 months ago
ALLAH REHMET ELESIN..HEQIQETEN ONDERIMIZIN UMILIKDE AILESININ VE OZUNUN HEYATI ACI BIR TARIXDI......
ADEL5672 10 months ago
АЛЛАХ РЕХМЕТ ЕЛАСИН
Chingizhan2012 11 months ago
Ruhu wad olsun....artiq olumunden 126 il ke4ir...
IBADOV1 1 year ago
Bizim Fexrimiz!!!
Allah sene rehmet elesin milli onder!!!
Ferityou 1 year ago