Uploaded by IMGROUPRO on Apr 16, 2010
Azərbaycanda xalq rəqs sənətinin yaranması və formalaşması prosesə öz kökləriylə qədim dövlərə gedib-çıxır. Ilk rəqslər ritual və ov rəqsləri olub. Qayaüstü rəsmlər qorunub-saxlanmışdır: Ov səhnəsi, Rəqs edən insanlar qrupunun silueti, qədim xorovodu xatırladan yallı (e.ə. V-III minilliklər, Qobustan). Uzaq keçmişdən həmçinin günümüzədək kütləvi mərasim rəqsləri Səməni, Xıdır İlyas, Kosa-kosa, Qodu-qodu və s. gəlib çıxmışdır.
Səməni mərasimi yazın gəlməsi və təbiətin anlamasına həsr olunur. Bu mərasim-oyunun ideyasını 2 qüvvənin sərt qışın və gənc baharın mübarizəsi təşkil edir. Bu oyunda qışı kosa təmsil edir ki, mənası saqqalsız deməkdir. Oyunun o biri personaji keçi baharın rəmzi kimi çıxış edir. Daha bir mərasim Qodudur ki, o, kənd təsərrüfatında məhsula sehrli təsir ideyasını özündə əks etdirir. Bu, günəşi çağırış ayinidir.
Erkən orta əsrlər dövründə bu mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri formalaşır. Knyazların və Azərbaycan hakimlərinin saraylarında rəqqasələrinin yüksək məharəti ilə şöhrət tapmış rəqs ansamblları mövcüd idi. Azərbaycan xalq rəqsləri mövzü baxımından rəngarəngdir; onlar bu növlərə bölünür - əmək (çobanı), mərasim (ritual, təqvim, toy), məişət (mirzəi, turacı), gəhrəmanlıq hərbi (cəngi döyüş), idman (zorxana), xorovod-oyun (yallı, halay) və s. Davametmə müddətinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə toy mərasimi ən əhəmiyyətlisidir. Qədimdə yaranmış və uzun müddət ərzində təkmilləşərək, toy mərasimi özündə söz, musiqi və rəqs sənıtinin elementlərini birləşdirən mərasim kimi formalaşmışdır.
Xalq nağılları, əfsanələri, Dədə Qorqud, Koroğlu dastanlarından toy mərasimin erkən formaları haqqında maraqlı mühakimələr, məlumatlar əxz etmək mümkündür. Nizaminin və keçmiş dövrün digər şairlərinin əsərlərində toy mərasimləri haqqında çoxlu maraqlı mülahizələr var.
Çox zaman toyda mahnı və rəqs bir-birindən ayrılmazdır (rəqs edərək oxuyurlar, oxuyaraq rəqs edirlər). Toy mahnılarının səciyyəvi oynaqritmik əsası buradan irəli gəlir ki, bu ritm melodiyanın inkişafını özünə tabe etmiş olur. Mahnının oynaq olmasından həm də tərtibatin formalaşma prinsipi dəqiq və yeniləşən təkrarlanma asılıdır. Daha məşhur rəqslər : tərəkəmə köçərilər, qıtqılıda xorovod qadın, innabi- ümumi toylar, qız toylarında qadın və qızların etdiyi rəqs, ceyran-balla, yallı və s.
Azərbaycan xalq rəqsi, bir qayda olaraq, 3 hissədən ibarətdir: birinci hissə sürətlidir, dairə üzrə rəqs; ikinci hissə lirikdir, rəqqas sanki yerində donub qalır (süzür), korpus qəti və vüqarlı tərzdə dik tutulur; uçüncü hissədə - yenə dairə üzrə rəqs, sürətli, təntənəli və böyük emosional coşğunluqla səciyyəvi olur. Qadın və kişi rəqsləri bir-birindən kəskin şəkildə fərqlənir. Qadın rəqsinin inkişafı kostyumla şərtlənmişdir: uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirirdi, rəqqasələrin bütün diqqəti əl və korpusun yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) işlənmiş texnikasına cəmlənir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların texnikasıdır. Rəqqas çevikliklə barmaqları üzərində dayanır (qazaxı rəqsi), sürətli dizləri üstündə yerə enir və s.
Azərbaycan rəqqslərinin musiqi həcmi 6/8 və 3/4 dür. Rəqslər adətən xalq çalğı alətlərinin: zurnaçılar triosu (2 zurna və 1 nağara), sazanda triosu (tar, kamança, dəf) və s. müşayiəti ilə ifa olunur.
-
27 likes, 0 dislikes
10:45
terekeme orjinalby balaban3627,345 views
5:46
AZERBAYCAN TOYU!! АЗЕРБАЙДЖАНСКАЯ СВАДЬБА!!! WEDDING IN AZERBAIJAN!!!by sabishka0002,085,987 views
5:03
Aslan İlyasov - Aslanı rəqsi (music: Aslan İlyasov)by RaminBorchali13,327 views
4:51
Azeri toyu Novxaniby viaqvyiuan5,259 views
6:57
Azerbaijan Dance - ŞALAXOby IMGROUPRO8,921 views
76 videos

Shomali
4:11
Aslan İlyasov - Yanıq Kərəmiby turkudostlarinet35,171 views
11:31
Music of Azerbaijan - Cabir Abdullayevby TheRufet8712,094 views
4:10
Oyun Havalari SUPER 3by qusi55510,708 views
4:38
Azerbaijan Dance - QOÇƏLİby IMGROUPRO15,959 views
3:54
Vəli Qədimov (klarnet) və Aftandil İsrafilov (qarmon) - Bayatı şirazby RaminBorchali2,836 views
4:21
Zakir Mirzayev Qarmonby AzeriKlip14,144 views
5:56
qarmon, Qovher xanim, qozel sene melum olsunby tabrizoqlu53,239 views
4:14
Uzun dere reqsiby tabrizoqlu14,212 views
6:03
Yalli - Azeri Folk Danceby WarrioRDFB9,000 views
3:49
Azerbaijani National Dance - Qazağıby IAzerbaijanI4,874 views
10:08
Azerbaijan Dance - Vağzalıby IMGROUPRO6,995 views
12:34
ZIRVE TOY MAHNILARI POPURI_AZERI-(Buyurun Toya) BayMavi76by baymavi7671,391 views
7:01
TOY MAHNISIby vilniuslu13102,336 views
6:26
Azerbaijan Dance - İNNABIby IMGROUPRO9,447 views
0:31
Canli yayimda gulen qiz. SES TV. - Canli yayinda gulme krizine dusen kiz www.EXIT.az :: wap.EXIT.azby wwwEXITaz84,648 views
- Loading more suggestions...
Link to this comment:
All Comments (0)