3-cü Muğam Televiziya Müsabiqəsi - 2011 14 fevral
___________________________________________
Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Heydər Əliyev Fondunun dəstəyi ilə yeni muğam televiziya müsabiqəsi keçiriləcək. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov bildirib ki, yanvarın 5-də müsabiqənin seçim turu başa çatıb, yarışmada iştirak edəcək iyirmilik müəyyənləşdirilib. Seçimlər əvvəl bölgələrdə, sonra Sumqayıt və Bakıda aparılıb.
Üçüncü dəfə keçiriləcək müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalıb. Buraya xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov, habelə Nadir Axundov daxildirlər.
Mənsum İbrahimov vurğulayıb ki, bundan əvvəlkində olduğu kimi, növbəti müsabiqədə də seçim SMS-lə deyil, yalnız münsiflər heyətinin qərarı ilə tam şəffaflıqla aparılacaq. Xalq artisti deyib ki, Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə fevralın 1-dən etibarən AzTV ilə canlı yayımlanacaq. Qeyd edək ki, Muğam televiziya müsabiqəsi ilk dəfə 2005-ci ildə ikinci müsabiqə 2007-ci ildə təşkil edilib.
Alibaba mellim,xalgimiz hem gulag asir,hemde giymet verir,Siz münsiflerdende düzgün giymet vermeyinizi xahis edirik,
tabriz57 1 year ago
Bütün iştirakçılara uğurlar.Hər biri gözəl oxuyur.MUSTAFA SUPERdir.
nadir222az 1 year ago