Uploaded by IreliTV on Oct 27, 2011
27 oktyabr 2011-ci il tarixində "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə 50-yə yaxın "İRƏLİ" fəalının iştirakı ilə "Nar bayramı" münasibətilə silsilə tədbirlər həyata keçirilmişdir.
Günün birinci yarısında Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən göndərilən nar sovqatları, narla bağlı məlumatları özündə əks etdirən kataloq və 4 noyabr 2011-ci il tarixində Göyçayda keçiriləcək Nar Festivalında iştirak üçün hazırlanmış dəvətnamələr "İRƏLİ" İctimai Birliyinin könüllüləri tərəfindən Azərbaycanda fəaliyyət göstərən diplomatik struktur və beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçilərinə təqdim olunmuş, onlara Azərbaycanın narla bağlı qədim ənənələrinə dair məlumat verilmişdir.
Daha sonra "Hərəyə bir nar" şüarı altında həyata keçirilən aksiya zamanı şəhər ictimaiyyətinə nar sovqatları paylanılmışdır. Yağışlı havanın olmasına baxmayaraq, aksiya uğurla baş tutmuş və şəhər əhalisinin böyük marağına səbəb olmuşdur.
Qeyd edək ki, hal-hazırda "İRƏLİ" İctimai Birliyi tərəfindən Azərbaycanda narla bağlı ənənələri özündə əks etdirən veb səhifənin hazırlanması üzərində iş gedir.
Xatırladaq ki, 4 noyabr 2011-ci il tarixində Göyçay rayonunda Göyçay Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi "Nar Bayramı" təşkil olunacaqdır.
Proqram saat 12:00-da Göyçay rayon mərkəzində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında rəsmi açılış mərasimi ilə başlayacaqdır. Sonra yerli və xarici tədbir iştirakçıları nar məhsullarından ibarət olan sərgilər, nar mövzusunda hazırlanmış bədii kompozisiyalarla tanış olmaq imkanı əldə edəcəklər.
Daha sonra qonaqların şərəfinə ziyafət təşkil olunacaq. Ziyafətdən sonra Azərbaycanın tanınmış prodüseri Murad Dadaşovun təşkilatçılığı ilə baryam konserti təşkil olunacaq. Konsertdə Azərbaycanın tanınmış sənət adamları iştirak edəcəklər.
Festival tam bayram əhval ruhiyyəsi ilə davam edəcək. Gün ərzində rayonun müxtəlif yerlərində Azərbaycan musiqisi səslənəcək və Azərbaycan mətbəxinin ləziz təamları festival iştirakçılarına pulsuz təqdim olunacaq.
Nəzərinizə çatdıraq ki, nar Azərbaycanda, İranda, Türkiyədə, Özbəkistanda, ABŞ-da və Latın Amerikasında yetişsə də, Göyçay yeganə şəhərdir ki, burada narın bütün növləri yetişir. Dünya bazarında nara çox böyük tələbat vardır. Narın bir çox müalicəvi xüsusiyyətləri ilə yanaşı xüsusilə vurğulanmalıdır ki, nara cənnət meyvəsi deyirlər, çünki Qurani-Kərimdə narın adı keçir.
Category:
Tags:
License:
Standard YouTube License
-
1 likes, 0 dislikes
0:48
Göyçay İnkişaf Mərkəzi-Study tour 11 avqust 2011, Göyçayby Mraziko81,438 views
1:12
Musa Yaqub "Köləsiyəm mən" (Şeir)by elekberov1889 views
0:36
Nar Bayramı 2011by Rufat466380 views
9:02
Seyyad Elizade - Unudulmusamby MontinKlub1,904 views
0:12
GOYCAY RAYONU NAR BAYRAMI 2011by DJYADIGAR862 views
18:30
( Faxrimiz)- Shahin Seidzade ....-YURD.TVby MrShaxriyar326 views
14:40
Interview by Elnur Aslanov - Yurd TVby mayismusayev940 views
1:01
goycay ismayilli qezaby taleh792314,374 views
5:48
NAR BAYRAMI 2.VOBby MrVectra589468 views
0:10
GOYCAY RAYONU NAR BAYRAMI PART 2by DJYADIGAR621 views
14:44
Göyçay Nar Bayramı 2011 part 1by IreliTV774 views
9:37
Beyaz Show | 15.01.10 - 16.01.10 | En büyük Adam & En kücük Adam Part 1by Goekhan4338,570 views
6:43
popstar alaturka ercan bayram şenpınarby penamayorka206,918 views
1:08
harmandalı nar ilköğretim okulu nevşehir 23 nisan 2011 halk oyunları ekibiby trgygul456 views
12:19
Yetim Eyvaz Goycay Toyundawww Tok Azby ZamiqTok13,419 views
14:52
Sabir Aliyev GOYCAYby salman2011ru7,934 views
13:59
Göyçay Nar Bayramı 2011 part 2by IreliTV342 views
17:02
"YAXŞISI BUDUR" (XƏZƏR TV) VERLİŞİ NAR BAYRAMI 2011 part 1by IreliTV189 views
1:02
"IRELI ICTIMAI BIRLIYI - VASIF ACALOV "by TheMELANKOLIKA175 views
10:32
Interview Dr. Kamran K. Musayev - Yurd.TV - part 1by AzSocCVSurgery290 views
- Loading more suggestions...
Link to this comment:
All Comments (0)