Şəhriyar - Heydər Babaya salam-2 (Şəhriyarın öz səsindən eşidin.)

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
2,140
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on May 26, 2010

Heydər Baba, bulaqların yarpızı,
Bostanların gülbəsəri, garpızı,
Çərçilərin ağ nabatı saqqızı,
İndi də var damağımda, dad verər,
İtgin gedən günlerimdən yad verər.

Bayramıdı gecə quşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hərkəs şalın bir bacadan soxurdu,
Ay nə gözel qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulam gilə qaçdım, şalı salladım,
Fatma xala menə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.

Heydər Baba, Mirzəmmədin baxçası,
Baxçaların turşa şirin alçası,
Gəlinlərin dizmələri, taxçası
Hey diziler gözlərimin rəfində,
Xeymə vurar xatirələr səfində.

Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub, otaqları bəzərlər,
Taxçalara düzmələri düzərlər
Qız-gəlinin fındıqçası, xənası,
Hev səslənər anası, qayınanası.

Baxıcının sözü, sovu, kağızı
İnəklərin bulaması, ağızı,
Çərşənbənin girdekanı, mövizi
Qızlar deyər: "Atıl-matıl, çərşənbə,
Ayna təkin bəxtım açıl, çərşənbə".

Yumurtanı göyçek, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan birce məgər doyardıq,
Əli mənə yaşıl aşıq verərdi,
Rrza mənə novruz gülü dərərdi.

Novruzəli xırmanda vel sürərdi,
Gahdan enib küləşlərin kürərdi,
Dağdan da bir çoban iti hürərdi,
Onda gördün ulaq ayaq saxladı,
Dağa baxıb qulaqların şaxladı.

Axşam başı naxırçılar gələndə,
Qodukları çəkib, vurardık bəndə,
Naxır keçib gedib yetəndə kəndə,
Heyvanları çılpaq minib qovardıq,
Söz çıxsaydı, sinə gərib sovardıq.

Yaz gecəsi çayda sular şarıldar,
Daş əyələr selde aşıb, şarıldar,
Qaranlıqda qurdun gözü parıldar,
İtler gördün, qurdu seçib ulaşdı,
Qurd da gördün, qalxıb gədikdən aşdı.

Qış gecəsi tövlələrin otağı,
Kəndlilerin oturağı, yatağı,
Buxarıda yanar odun yanağı,
Şəbçərəsi, girdekanı, iydesi,
Kendə basar gülüb-danışmaq səsi.

Şüca xaloğlunun Bakı sovqəti,
Damda quran samavarı, söhbəti,
Yadımdadı səsi, qəddi, qaməti
Cünemmeğin toyu döndü, yas oldu,
Nənəqız'ın bəxt aynası kas oldu.

Heydər Baba, Nənəqızın gözləri,
Rəkşəndənin şirin-şirin sözləri,
Türki dedim, oxusunlar özləri,
Bilsinlər ki, adam gedər ad qalar,
Yaxşı-pisdən ağızda bir dad qalar.

Yaz qabağı gün günəyi döyəndə,
Kənd uşağı qargülləsin sevəndə,
Kürəkçiler dağda kürək züvəndə,
Mənim ruhum elə bilin ordadır,
Kəklik kimi batıb qalıb, qardadır.

Qarı nənə uzadanda işini,
Gün buludda əyirərdi teşini,
Qurd qocalıb, çəxdirəndə dişini,
Sürü qalxıb dolayıdan aşardı,
Badyaların südü aşıb-daşardı.

Həccə Sultan əmmə dişin qısardı,
Molla Bağır əmioğlu tez mısardı,
Təndir yanıb, tüstü evi basardı,
Çaydanımız ərsın üste qaynardı,
Qovurgamız sac içində oynardı.

Bostan pozub gətirirdik aşağı,
Doldururduq evdə taxta tabağı,
Təndirlərdə bişirərdik qabağı,
Özün yeyib, toxumların çıtlardıq,
Çox yemekdən lap az qala çatlardıq.

Verziğandan armud satan gələndə,
Uşaqların səsi düşərdi kəndə,
Biz də bu yandan eşidib biləndə,
Şıllaq atıb bir qışgırıq salardıq,
Buğda verib armudlardan alardıq.

Mirza Tağıyla gecə getdik çaya,
Mən baxıram seldə boğulmuş aya,
Birdən ışıq düşdü otay baxçaya,
"Eyvah dedik, qurtdu", qayıtdıq, qaçdıq,
Heç bilmedik nə vaxt küllükdən aşdıq.

Heydər Baba, ağaçların ucaldı,
Amma heyif cevanların gocaldı,
Toxluların arıqlayıb acaldı,
Kölgə döndü, gün batdı, qaş qaraldı,
Qurdun gözü qaranlıqda bərəldi.

Eşitmişəm yanır Allah çırağı,
Dayır olub məscidüzün bulağı,
Rahat olub kəndin evi, uşağı,
Mənsur Xanın əli-qolu var olsun,
Harda qalsa, Allah ona yar olsun.

Heydər Baba, Molla İbrahim var, ya yox?
Məktəb açar, oxur uşaqlar, ya yox?
Xırman üstü məktəbi bağlar, ya yox?
Məndən axunda yetirərsən salam,
Ədəbli bir salam-ı ma lakəlam.

Həccə Sultan əmmə gedib Tebrizə,
Amma nə Tebriz ki, geləmmir bizə,
Balam durun, qoyaq gedək əmmizə,
Ağa öldü, tufağımız dağıldı,
Qoyun olan yad gedibən sağıldı.

  • likes, 0 dislikes

Link to this comment:

Share to:
see all

All Comments (2)

Sign In or Sign Up now to post a comment!
  • @DEMOKRATful

    Full support!!!

  • LONG LIVE BIG AZERBAYCAN TEBRIZ +BORCHALI+DERBEND +IREVAN=AZERBAYCAN

Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more