Məmmədov Mail Məmmədəli oğlu - 21 oktyabr 1992-ci ildən 7 may 1993-cü ilədək erməni əsirliyində olmuşdur.
«Hadrut rayonunda əsir saxlanıldığım vaxt bir gün erməni hərbçiləri bizi sıraya düzdülər. Sonra Artur və Vadik adlı erməni hərbçiləri və bir zənci hərbçi məni yerə yıxaraq qızdırılmış dəmir xaçla sinəmi damğaladılar. Sonra isə həmin zənci ayağı ilə damğalanmış sinəmin üstündən basaraq mənə işgəncə verdi.
Bir gün Hadrut rayonunda saxlandığım kameraya vəhşicəsinə döyülmüş yaralı azərbaycanlı əsir gətirdilər. Bu oğlan bütünlüklə qan içində idi. Onu əlləri bağlı vəziyyətdə kameraya saldılar. Bir müddətdən sonra kameraya gələn erməni hərbçiləri bu oğlanın yaralı olmasına baxmayaraq, onu ağac parçası ilə döyməyə başladılar. Sonra onu sürüyə-sürüyə dəhlizə çıxarıb başını kəsdilər. Kəsilmiş başı isə gətirib kameraya atdılar».
Link to this comment:
All Comments (0)