Demokratiyanın əhəmiyyəti nədir? Siyasi təhlilçi, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə oktyabrın 8-də Azad Fikir Universitetində oxuduğu mühazirədə bu və digər oxşar suallara cavab tapmaqda tələbələrə kömək etməyə çalışdı.
Oğlu Adnanın bu yaxınlarda ədalətsiz həbsinə baxmayaraq Hikmət Hacızadə həmişəki kimi yenə də optimist idi və AFU tələbələrinə ilk müraciəti də məhz bu optimizm ruhunda oldu tələbələr görəsən necə düşünür, dünya pisə doğru gedir ya yaxşıya doğru? Daha sonra o, bu barədə öz kiçik araşdırmasını mühazirə iştirakçılarına təqdim etdi.
Doğrudur, güclülər hər zaman zəifləri əzir. Amma nə etməli? Vicdanı olan gənclərə siyasət çirkin görünür - buna görə də hər kəs kənara çəkilib öz şəxsi işlərini görsün və meydanı oliqarxlara buraxsın? Lakin biz həm də dünya tarixində müsbət təcrübələr də görürük. Bütün cəhdlərə baxmayaraq dünya müsbətə doğru dəyişir və demokratiyaların sayı durmadan artır. Ən əsası isə, bu gün dünyada məhz demokratiyalar söz sahibidirlər.
http://vimeo.com/7179555
http://www.azadfikir.org/index.php?option=com_content&view=article&id...
Link to this comment:
All Comments (0)