Upload

Loading icon Loading...

This video is unavailable.

ŞƏMKİRDƏ VƏTƏNDAŞIN EVİ "İTİB"

Sign in to YouTube

Sign in with your Google Account (YouTube, Google+, Gmail, Orkut, Picasa, or Chrome) to like Obyektiv Tv's video.

Sign in to YouTube

Sign in with your Google Account (YouTube, Google+, Gmail, Orkut, Picasa, or Chrome) to dislike Obyektiv Tv's video.

Sign in to YouTube

Sign in with your Google Account (YouTube, Google+, Gmail, Orkut, Picasa, or Chrome) to add Obyektiv Tv's video to your playlist.

Uploaded on Nov 18, 2011

Vətəndaş Sahib Kərimovun Şəmkir şəhəri Səməd Vurğun küçəsi 246 ünvanında yerləşən evi yoxa çıxıb. Belə bir gülünc nəticəyə Şəmkir rayon məhkəməsi, Gəncə Apelyasiya məhkəməsinin qərarından sonra gəlinib. Şəmkir məhkəməsi bu ünvanda evin olmaması barədə qərar çıxarıb. Hazırda evin yerində "Morul" şadlıq sarayı ucalır. Bu barədə bu gün RATİ-nin mətbuat mərkəzində uzun müddətdir qanunsuz sökülən evinin axtarışına çıxan Sahib Kərimov mətbuat konfransında bildirib. "1997-ci ildə Şəmkir şəhəri Səməd Vurğun küçəsi 246 ünvanda yerləşən evi notarial qaydada almışam. Evin bütün sənədləri var. Ailəmlə bu evdə bir qədər yaşayandan sonra işləmək üçün Rusiyaya getdim və orada avtomobil qəzasına düşdüm. Uzun müddət müalicə aldım. Bir gün eşitdim ki, evimi uçurublar. Şəmkirə qayıdandan sonra İcra Hakimiyyətinə və Daşınmaz Əmlak üzrə Dövlət Komitəsinə müraciət etdim. İcra Hakimiyyətindən evimin qanunsuz uçurulduğunu bildirdilər. Daşınmaz Əmlak üzrə Dövlət Komitəsi evimin yerləşdiyi ünvanda qeyri-yaşayış obyekti tikildiyi barədə arayış verib. Axırda mənə dəyən maddi zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməli oldum", - deyə Sahib Kərimov qeyd edib. Onun sözlərinə görə, Şəmkir rayon məhkəməsinin hakimi Qafil Baxşəliyev 2010-cu il dekabrın 29-da Şəmkir şəhər Səməd Vurğun küçəsi 246 ünvanında ev olmaması barədə qərar qəbul edib.

"Bundan sonra mülkiyyətimin bərpası ilə bağlı iddia qaldırdım. Bu dəfə Şəmkir rayon məhkəməsinin hakimi Elçin Xaspoladov "Morul" şadlıq sarayının həmin ünvanda yerləşmədiyi barədə qərar verərək iddiamı təmin etmədi. Gəncə Apelyasiya məhkəməsi də Şəmkir məhkəməsinin qərarını qüvvədə saxladı. Məhkəmələr mənim Səməd Vurğun küçəsi 246 ünvanına texniki baxış keçirilməsi ilə bağlı xahişlərimi təmin etmədi".

"Müraciət etdiyimiz qurumlara yoxa çıxmış evimizin şəkillərini, su, qaz, işıqdan istifadəyə görə ödədiyimiz pulların qəbzlərini göstəririk, alqı-satqı müqaviləsini, notarial qaydada təsdiq edilmiş sənədləri göstəririk, kömək edən olmur. Eşidib-bilən evimi sökdürüb yerində şadlıq sarayı tikdirən Fəzail Quliyevin arxasında nüfuzlu nazirlərdən birinin dayandığını deyir-- bu fikirləri də da evsiz-eşiksiz qalan Şəmkir sakini Sahib Kərimov mətbuat konfransında səsləndirib.

Sahib: (sinxron) Bizim ölkəmizin Konstitusuyası var, bizim ölkəmiz hüquqi dövlətdir. Onun prezidenti var. Mən də cənab prezidentə müraciət edirəm ki, mənim evimi qaytarsın. Hazırda ailəm müxtəlif yerlərdə ağır həyat tərzi keçirir. Yaşamağa yerimiz yoxdur. Sahib Kərimov indi Ali Məhkəməyə ümid edir. Onun şikayətinə dekabrın 2-də Ali Məhkəmədə baxılacaq.

Loading icon Loading...

Loading icon Loading...

Loading icon Loading...

Loading icon Loading...

Ratings have been disabled for this video.
Rating is available when the video has been rented.
This feature is not available right now. Please try again later.

Loading icon Loading...

Loading...
Working...
to add this to Watch Later

Add to