Alert icon
We're changing our privacy policy. This stuff matters.  Learn more  Dismiss

THE VOICE OF SILENCE - SÜKUTUN SƏSİ

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
1,515
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Feb 22, 2009

İqbal Vamiq oğlu Məmmədəliyev (əslən Naxçıvan - Ordubad) 1978-ci ildə Bakının Kürdəxanı qəsəbəsində ziyalı ailəsində anadan olub . 1985-1995-ci illərdə 113 aylı orta məktəbdə oxuyub. 19891994-cü illərdə 10 saylı musiqi məkətbində tar sinfini bitirib. 19962000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti rejissorluq ixtisası üzrə teatr və kino sənəti fakültəsini, 2002-ci ildə isə teatrşünaslıq üzrə magistraturasını bitirib. 1996-1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti, "Gənclik və Zaman" baş redaksiyasında ştatdankənar müəllif kimi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə "Soy" şirkətində rejissor vəzifəsində çalışıb, 2000-2004-cü illərdə Media Holdinq şirkəti, Lider televiziyasında rejissor kimi fəaliyyətini davam etdirərək 5 televiziya layihəsinin, 200-dən çox müxtəlif səpgili televiziya verilişlərinin, eləcə də konsert, tamaşa və canlı yayımların rejissoru və 60-dan çox sənədli filmin müəllifidir.

2002-2004-cü illərdə Azərbaycan Kinematoqrafçılar Birliyində bir çox filmləri nümayiş olunaraq peşəkar tənqidçilərin müzakirələrinə səbəb olub. 2003-cü ildən Azərbaycan Kinorejissorlar Gildiyasının üzvüdür. 2003-cü ildə III Beynəlxalq Audiovizual Festivalda nümayiş olunan "Sükütün Səsi" filmin ən yaxşı sənədli film nominasiyasının qalibi olub. Həmin ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aspirantı kimi "kinoda montaj strukturu" mövzusunu tədqiq edir. 2004-cü il fevralın 2-si ötən ildəki fəaliyyətinə və qazandığı uğurlara görə Azərbaycan Gənclər İdman və Turizm Nazirliyinin təsis etdiyi "ilin ən yaxşı rejissoru" mükafatına layiq görülüb. 2004-cü ildə "Salnamə" sənədli filmlər studiyasına dəvət olunur və bir neçə sənədli filmin rejissoru və montaj rejissoru olur. 2005-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Günü münasibətilə təsis etdiyi mükafata və diploma layiq görülür. Həmin ilin iyun ayında yenicə fəaliyyətə başlayan İctimai Televiziya və Radio Yayımları Şirkətinə dəvət alır. Telekanalın bədii-estetik dizaynı ilə məşğul olsa da musiqi xadimləri haqqında bir neçə film-portret çəkməyə də nail olur. 2006-cı ildə Qazaxıstanın Aktau şəhərində keçirilən "Kaspi Dostluq Dənizi" festivalında "Qədim Azərbaycanın Abidələri" filmi ilə laureat diplomuna layiq görülür. 2006-cı ildə Rumıniyada keçirilən "Eko-Etno-Folk" festivalının "etno folk turizm" bölməsində "Qədim Azərbaycanın Abidələri" filmi fərqlənmə diplomu alır. 2006-cı ilin noyabrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər studiyasına bir daha dəvət olunur. 2006-cı ilin dekabrında aspiranturanı əla qiymətlərlə bitirir və həmin ayda Gürcüstanın Tbilisi şəhərində keçirilən "Footprints" Sənədli Film Festivalında "Sükütün Səsi" filmi 3-cü baş mükafatı alır. 2007-ci ilin fevralında Hindistanda keçirilmiş qısametrajlı sənədli filmlər festivalında "Qədim Azərbaycanın Abidələri" filmi mükafat alır. Həmin ilin dekabrında Bakıda keçirilən II Milli Turizm Festivalına bir neçə filmlə qatılan rejissorun "Zəhmətlə Yoğrulanlar" filmi "ən yaxşı etnoqrafiya filmi" nominasiyasının qalibi olur.
Ailəlidir, iki övladı var.

  • likes, 0 dislikes

Link to this comment:

Share to:

Uploader Comments (IMGROUPRO)

  • Mushahide kamerasidi. Senedli filmde bir hadise 1 dubla chekilir. Postprodakshn ishlerini de nezere alsaq 3 aydan chox vaxt serf olunub.

see all

All Comments (5)

Sign In or Sign Up now to post a comment!
  • IT'S AMAZING VIDEO. THANKS FOR SHARE :)

  • Beautiful film and very interestıng. I love the way the fılm changes from black and white to color with the lady's beautıful smile. Thank you very much for showıng me. Wonderful.

  • Maraqli filmdir en esasida insani dusundurur.Maraqlidi bu qeder insani bir araya yigmag ve fergli yerlerde cekim aparmag ne vaxt aparib ?

  • Mence siz beynalxalq film festivallarinda ishtirak etseniz MUTLEQ layiqli bir yer tutarsiniz!

    CHOX ANLAMLI bir filmdi bu...

    Bir daha TEBRIK EDIREM sizi.

Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more