Həsənli Cəmil Poladxan oğlu 1952-ci il yanvarın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. Amerika Orta Şərq Araşdırmaları Cəmiyyətinin üzvüdür.
10 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1975-ci ildən Cəlilabad rayonunun Təzəkənd orta məktəbində müəllim işləmişdir.
1994-cü ildən Bakı Dövlət Universitetinin professorudur. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2005-ci il noyabrın 6-da 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputat seçilmişdir.
Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür.
Azərbaycan-Belçika, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Meksika, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Evlidir, 3 övladı var.
All Comments