Zabul Segah - Ağaxan Abdullayev /1-ci hissə/

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
4,115
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Oct 14, 2010

Muğam Axşamı.
Oxuyur Ağaxan Abdullayev.
Zabul Segah. (Birinci hissə)
Müşayiət edirlər:
tarda - Vamiq Məmmədəliyev
kamançada - Şəfiqə Eyvazova

Bu konsert 1990-cı ildə Azərbaycan Dövlət Teleradio Şirkətində lentə alınıb.

Seygah və ya Segah - Azərbaycan musiqisində yeddi əsas muğamdan biridir.
Segah 7 əsas muğamdan 3-cüsüdür. Segah məfhumu iki sözün birləşməsindən yaranmışdır. Se -- üç, gah -- mövqe, məkan deməkdir.
Segah Yaxın və Orta Şərqin başqa regionlarında da intişar tapmışdır. Lakin bu muğam başqa xalqlarda əsasən bir kökdə, bir variantda ifa edilir. "Orta Segah", "Mirzə Hüseyn Segahı", "Zabul Segah" məhz ümumilikdə Segahın müxtəlif variantlarıdır. Söz yox ki, Segah müxtəlif pərdələrdə, tonallıqlarda ifa olunmaqla onun dinləyiciyə bağışladığı təəssürat da müxtəlif olur. Hər bir Segah və variantının xarakteri, səslənməsi, yozumu, istinad pərdələrinin dəyişilməsi ilə əlaqədar başqa -- başqadır.
Azərbaycanda Segah muğamının beş tonallıqda ifa olunması qəbul edilmişdir:
Kiçik oktavadakı "si" mayəli (Xaric Segah)
Birinci oktavadakı "mi" mayəli (Orta Segah) və kiçik oktavadakı "mi" mayəli (Zabul Segah)
Birinci oktavadakı "lya" mayəli (Mirzə Hüseyn Segahı)
Birinci oktavadakı "re" mayəli (Yalxın Segahı)
Birinci oktavadakı "sol" mayəli (Haşım Segah)
Onu da qeyd etmək olar ki, "do" mayəli Segah da var. Lakin onu dəstgah şəklində oxuyub -- çalmaq mümükün olmadığı üçün Segahın bu növündən istifadə edilmir. Segah muğamının və onun variantlarının əsasını eyni adlı lad-məqam təşkil edir. Segaha aid bütün təsnif və şikəstələr, zalq mahnı və rəqsləri də Segah məqamına əsaslanır. Onu da deyək ki, başqa muğamlara nisbətən Segahda təsnif və rənglər, xalq mahnı və oyun havaları daha çoxdur.
"Azərbaycan xalq musiqisinin əsaları" monoqrfiyasında Üzeyir Hacıbəyov Segah muğamının estetik -- psixoloji əhəmiyyətindən söz açarkən onun dinləyiciyə başlıca olaraq məhəbbət -- sevgi bəxş etdiyini yazır.
Azərbaycanda Segahın bir neçə növdə olmasına baxmayaraq onun 3 növü geniş yayılmışdır. Bunlar : "Zabul -- Segah", "Mirzə Hüseyn Segahı", "Xaric Segah"dır. ZABUL -- SEGAH -- Segahın geniş yayılmış qədim növü "Zabul Segah"dır. Ona eyni zamanda Orta" Segah"da deyilir. Onu da qeyd edək ki, "Zabul" özü də orta mövqe tutur. Çünki o orta registrdə çalınıb -- oxunur.
"Zabul -- Segah" dəstgahı 20 şöbə və guşədən ibarətdir.

  • likes, 0 dislikes

Link to this comment:

Share to:
see all

All Comments (1)

Sign In or Sign Up now to post a comment!
  • Ilahi ses ve gozel ifa- bunu evez edesi ne var bu dunyada!!!!

Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more