Ömrün səhifələri (film, 1974)

Loading...

Sign in or sign up now!
Alert icon
Upgrade to the latest Flash Player for improved playback performance. Upgrade now or more info.
7,384
Loading...
Alert icon
Sign in or sign up now!
Alert icon

Uploaded by on Feb 6, 2011

Məzmun

Ömrün Səhifələri
İntermediyada novelladan novellaya keçid edilir. Hadisələr bir restoranda oğlundan telefon zəngi gözləyən bir adamın(Şəmsi Bədəlbəyli) ətrafında baş verir. Və bu restoranda Fazil(Fazil Salayev), Eldəniz(Eldəniz Zeynalov), Baladadaş(Şamil Süleymanov), Fəxrəddin(Fəxri Həsənov) və.s obrazlar da vardır. Birinci novellanı telefon gözləyən kişiyə Fazilin özü danışır. İkinci novella Baladadaşın özünün yadına düşür. Üçüncünü isə Fəxrəddin danışır.

Rəqiblər
Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır.

Baladadaşın İlk Məhəbbəti
Burada ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır. Lakin, təəssüf ki, bu məhəbbət təktərəfli olur və Baladadaş(Şamil Süleymanov) filmdəki mahnının sözlərindəki kimi hərəkət edir: "Sənə olan eşqimi sənə də alçaltmaram".

Nəğmə Dərsi
Burada şəxsi həyatı müvəffəqiyyətsizliyə uğrayan gənc fəhlə oğlanın(Əliabbas Qədirov) I sinifdə oxuyan oğlu-Fəxrəddin(Fəxri Həsənov) ilə gizli görüşlərindən danışılır. Gənc ata oğlunu sevir, uşağın gələcək taleyi onu narahat edir. Bu qısa görüş zamanı o özünü oğluna istədir və uşağın da qəlbində ataya qarşı məhəbbət hissini oyatmağa çalışır.
Film valideynlərin öz uşaqları üçün məsuliyyət daşımaları haqqında həzin hekayətdir.

Ssenari müəllifi: Həsən Seyidbəyli(Ömrün Səhifələri), Ramiz Fətəliyev(Rəqiblər), Teymur Bəkirzadə(Rəqiblər), Elçin(Baladadaşın İlk Məhəbbəti), Rüstəm İbrahimbəyov(Nəğmə Dərsi)
Rejissor: Həsən Seyidbəyli(Ömrün Səhifələri), Teymur Bəkirzadə(Rəqiblər), Fikrət Əliyev(Baladadaşın İlk Məhəbbəti), Gülbəniz Əzimzadə(Nəğmə Dərsi)
Operator: Arif Nərimanbəyov(Ömrün Səhifələri, Rəqiblər), Valeri Kərimov(Baladadaşın İlk Məhəbbəti, Nəğmə Dərsi)
Rəssam: Məmməd Hüseynov(Ömrün Səhifələri), Firəngiz Qurbanova(Rəqiblər, Nəğmə Dərsi), Elbəy Rzaquliyev(Baladadaşın İlk Məhəbbəti)
Bəstəkar: Fikrət Əmirov(Ömrün Səhifələri, Nəğmə Dərsi), Aqşin Əlizadə(Rəqiblər), Emin Sabitoğlu(Baladadaşın İlk Məhəbbəti)
Səs operatoru: Ələkbər Həsənzadə(Ömrün Səhifələri, Nəğmə Dərsi), Akif Nuriyev(Rəqiblər), Kamal Seyidov(Baladadaşın İlk Məhəbbəti)
Rollarda: Ömrün Səhifələri: Şəmsi Bədəlbəyli- Telefon gözləyən adam, Fazil Salayev- Fazil, Eldəniz Zeynalov- Eldəniz, Sona Aslanova-Telefon gözləyən adamın arvadı

Rəqiblər: Fazil Salayev-Fazil, Eldəniz Zeynalov-Eldəniz, Muxtar Maniyev-Muxtar, Novruz Axundov-Pivə içən, Ələsgər Məmmədoğlu-Ələsgər

Baladadaşın İlk Məhəbbəti: Şamil Süleymanov- Baladadaş, Ruhəngiz Musəvi- Sevinc, Mirvari Novruzova-Sevincin anası, Yusif Muxtarov- Sevincin nişanlısı

Nəğmə Dərsi: Əliabbas Qədirov- Ata, Fəxri Həsənov- Fəxrəddin-oğul, Elxan Ağahüseynoğlu-Satıcı
Filmi səsləndirənlər: Ömrün Səhifələri: Səməndər Rzayev-Telefon gözləyən adam (Şəmsi Bədəlbəyli) (titrlərdə yoxdur)

Rəqiblər: Tələt Rəhmanov-Pivə İçən (Novruz Axundov) (titrlərdə yoxdur), Rasim Balayev-Meyxana deyən (titrlərdə yoxdur)

Baladadaşın İlk Məhəbbəti: Ramiz Əzizbəyli-Baladadaş (Şamil Süleymanov) (titrlərdə yoxdur), Əliabbas Qədirov-Murad (Yusif Muxtarov) (titrlərdə yoxdur), Xuraman Hacıyeva-Sevinc (Ruhəngiz Musəvi) (titrlərdə yoxdur)
Janr: Qısametrajlı(Ömrün Səhifələri, Rəqiblər, Baladadaşın İlk Məhəbbəti)

Dram(Ömrün Səhifələri, Nəğmə Dərsi)

Komediya(Rəqiblər, Baladadaşın İlk Məhəbbəti)

Məhəbbət(Baladadaşın İlk Məhəbbəti)

Uşaq(Nəğmə Dərsi)
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü: Kinoalmanax: Tammetrajlı Bədii Film

Novellalar: Qısametrajlı Bədii Film
Rəng: Ağ-Qara
Vaxt: Kinoalmanax: 82 dəq.

Rəqiblər: 32,5 dəq.

Baladadaşın İlk Məhəbbəti: 26 dəq.

Nəğmə Dərsi: 23,5 dəq.
İl: 1974
Film çəkilən yerlər: Bakı(Ömrün Səhifələri, Rəqiblər, Nəğmə Dərsi)

Bakı, Pirşağı qəsəbəsi(Baladadaşın İlk Məhəbbəti)
Texniki məlumatlar: Kinoalmanax:

9 hissə

2321 metr

Rəqiblər: 4 hissə

Baladadaşın İlk Məhəbbəti: 3 hissə

Nəğmə Dərsi: 3 hissə

35 mm(kinoalmanax)

http://az.wikipedia.org/wiki/Ömrün_səhifələri_(film,_1974)

Category:

Film & Animation

Tags:

License:

Standard YouTube License

  • likes, 0 dislikes

Link to this comment:

Share to:
see all

All Comments (2)

Sign In or Sign Up now to post a comment!
  • 23cu deqiqede geden mahni cox lezzetlidi

  • Cox sevirem bu 3 filmi.O vaxtin pivesi deyirler cox lezzetli olub :)))

    Dunyasini deyisen aktrorlarimiza Allah rehmet elesin!

    Vusal, ellerine sagliq!

Loading...

Alert icon
0 / 00Unsaved Playlist Return to active list
    1. Your queue is empty. Add videos to your queue using this button:
      or sign in to load a different list.
    Loading...Loading...Saving...
    • Clear all videos from this list
    • Learn more