«Nə olursa-olsun Bakıda konsert olacaq».
Bunu «İŞDƏN SONRA»da ozan Araz Elsəs deyib.
O deyir ki, mahnıları yaşadıqlarıdı: «Xalqımın ağrıları-acılarıdı. Mən ozanam. Xalqın ozanıyam. Bu ağrı-acı bitdikdən sonra sevincli günlər üçün oxuyacam».
Elsəs deyir ki, o, hələ heç kimi mədh etməyi: «Araz məddah deyil. Yaltaqlıq itə yaraşır. Elçibəyi kütlə içində tənqid etmişəm».
Ozan bildirir ki, neçə illər bayraq həsrəti, dövlət həsrəti çəkib: «Mən azad yaşamaq istəyirəm. Azərbaycanın sağı da, solu da mənimdi».
Araz Elsəsdən digər sitatlar:
- Təbrizin qoxusunu hələlik burdan alırıq.
- Gənclərin əksəriyyəti qurtuluş və azadlıq istəyirlər.
- Mən heç bir təşkilatın, partiyanın üzvü deyiləm. Mən milliyyətçiyəm.
- Yorulmaq lazım deyil. Yoluna davam etsən istədiyini tapacaqsan.
- Məni anam vətəndaş doğub. Kağız üstündə yazılanlar boş şeydi.
- Biz artıq yola çıxmışıq. Bu, qurtuluş yoludur. Mən türkəm, türklüyümə sahib çıxacam.
- Azərbaycanın bayrağı mənim ürəyimdə daim dalğalanır.
- Millət bir olunca istədiyin edər. Birliyimizə mane olanlar var.
http://www.azadliq.org/content/article/2040143.html
...BIR ayda 3 defe hansisa Emin Agalarov KONSERT verir amma ARAZ ELSES KIMI PATRIOT AZERIlER UCUN AZERBAYVANDA yer yoxdu KI konsert versin((((
qenadi 9 months ago
Eshq olsun milletimin haqq hayqiran sesi Araz Elsese.Araz bey doghurdanda esl ozana aid butun keyfiyyetlere malikdir.
elekberov1 1 year ago