Uploaded by Futbolumuz on Feb 21, 2011
İlin ilk rəsmi ev oyununda "AZAL"ı qəbul edən "Xəzər Lənkəran" vacib üç xalı qazanmağa nail oldu. Bütün oyun boyu üstün olan komandamız 2 : 1 hesabı ilə rəqibini üstələdi.
Bu oyunda "Xəzər Lənkəran" son turla müqayisədə xeyli fərqli start heyəti ilə meydana çıxmışdı. Beləki, müdafiənin mərkəzində Adrian Skarlatake ilə yanaşı digər rumın müdafiəçi Kosmin Frasinesku yer almışdı. Yarımmüdafiə xətti də dəyişikliklərə məruz qalmışdı. Əgər ötən oyunda Elnur Abdullayev Vubayı əvəz etmişdisə, bu dəfə bu futbolçular eyni zamanda meydanda idilər. Bundan əlavə Katalin Doman sol cinahda qərarlaşmışdı, Mureşan isə yeganə dayaq yarımmüdafiəçisi idi. Hücumda isə baş məşqçi iki futbolçu - Pitsurka və Oparaya şans vermişdi. Mərkəz və hücum xəttindən aydın olurdu ki, "Xəzər Lənkəran" bu oyunda hücum cəhətdən daha baxımlı oyun göstərməyi planlaşdırır.
Birinci yarı artıq bunu nümayiş etdirdi. Artıq ilk dəqiqələrdən Elnur və Vubayın meydanda birlikddə olması öz effektini göstərməyə başladı. Məhz bu iki oyunçu topu meydanın digər hissələrinə paylamağı öz üzərinə götürmüşdülər. Oyunda ilk təhlükəli epizod 13-cü dəqiqədə baş tutdu -- qapıdan təxminən 22 metr məsafədə topu qəbul edən Vubay onu saxlayıb dərhal qapı çərçivəsinə zərbə endirdi, lakin rəqib qapıçı topu dəf edə bildi. Ardınca maraqlı hadisələr hissənin sonlarına yaxın baş verdi. 31-ci dəqiqədə Domandan əla ötürmə alan Pitsurka öz növbəsində cərimə meydançasında Oparanı gördü, amma onun ötürməsinin qarşısını müdafiəçi aldı.
Bu epizoddan sonra üstünlüyü tam ələ alan komandamız ardıcıl olaraq hücumlar etməyə başladı və bu da "AZAL" oyunçularını tez-tez qaydanı pozmağa vadar edirdi. Vubayın yaxın məsafədən vurduğu cərimə zərbəsi canlı səddən qayıtdı, Pitsurkanın da qol vurmağına qapıçı mane oldu. İlk hissənin son dəqiqəsində isə rəqib futbolçusu Elnur Abdullayevə qarşı kobud oynadı. Tibbi yardım alıb meydana qayıdan "10" nömrəmiz bu kobudluğun əvəzini artıqlamasıyla çıxdı - cərimə meydançasının xaricindən yuxarı doqquzluğa vurduğu mükəmməl qolla Elnur oyunda hesabı açmaqla həm də "Xəzər Lənkəran"ın heyətində qol hesabını açıq elan etdi.
İkinci hissə bir qədər sakit tempdə başladı. Yaranmış bu qısa müddətli sükutu isə qonaqlar pozdu. Hücumun sol cinahından komandamıza qarşı cərimə zərbəsi təyin olundu, və bunun nəticəsində verilən asma qolla nəticələndi. Rəqib oyunçusunun başla zərbəsini Kamran Ağayev gözləsə də, topun öz müdafiəçimizə dəyib istiqamətini dəyişməsi qola gətirib çıxardı -- 1:1.
Hesab bərabərləşəndən sonra Mirça Rednik dəyişikliklərə əl atdı. Öncə Domanın yerinə Alim Qurbanov daxil oldu. Bir müddət keçdikdən sonra isə Opara Hristu Kyaku ilə əvəzləndi və beləcə komanda tək forvard Pitsurka ilə oyunu davam etdirdi.
4-5-1 sxeminə keçəndən sonra yarımmüdafiədə tam üstünlüyü ələ alan "Xəzər Lənkəran" maksimum qüvvə ilə hücuma keçdi. İlk hissədən fərqli olaraq bu dəfə komandamız hava asmalarından daha çox istifadə edirdi. 77-ci dəqiqədə isə cərimə meydançasına cəld olaraq daxil olan Julius Vubay qapıya zərbə endirdi, amma Cahangir Həsənzadə topu yaxın küncdən çıxara bildi. Təyin olunan küncdən zərbəni isə Elnur Abdullayev yerinə yetirdi və onun verdiyi asmadan sonra meydana 10 dəqiqə əvvəl daxil olmuş Hristu Kyaku başla topu qapıdan keçirərək yenidən azarkeşləri ayağa qaldırdı.
Komandanın hesabda öndə olmasına rəğmən, Rednik sona qədər hücum futbolu oynamaq niyyətində idi və oyunun 85-ci dəqiqəsində tərəfdarların alqışları altında Julius Vubay meydanı tərk edərək yerini İbrahima Banquraya Verdi. Sona kimi rəqibə heç bir ciddi imkan yaratmağa imkan verməyən komandamız hətta axırını saniyələrdə daha bir qol şansı əldə etdi, amma cərimə zərbəsindən istifadə etmək mümkün olmadı. Bununla da 2011-ci ildə ilk rəsmi ev oyununu keçirən "Xəzər Lənkəran" bu görüşdə üç xal əldə etməklə liderlik uğrunda mübarizəni davam etdirir.
( 20.02.2011 20 02 2011 xəzər lənkəran xazar lenkoran khazar lankaran xezer lenkeran futbol footbal FK FC Lenkeran merkezi stadionu palmali palsud azal Elnur Abdullayev 45+2 )
-
3 likes, 1 dislikes
7:42
Meyxana - Neftçi - XL (hazırladı: Hafiz Veravullu)by hafiz8510005,235 views
2:46
Neftci 3-4 Xezer Lenkeran 03.03.2011by Futbolumuz6,624 views
0:25
Kamran Ağayevin Böyük oyundan sonraby Futbolumuz3,213 views
7:28
Xezer Lenkeran Kuboku bele qazandi (2010-2011)by Futbolumuz3,882 views
0:42
Royanin beyendiyi klub Xezer Lenkeranby hafiz8510006,808 views
5:42
Xezer Lenkeran - Neftçi 1:1 18.03.2011by premyerliqatv3,841 views
7:52
Xezer Lenkeran FK - super qollarby Futbolumuz8,348 views
5:31
Xezer Lenkeran 2-0 Baki 13.05.2011by Futbolumuz1,150 views
5:16
Uinston Parks ( 2010-2011 Xezer Lenkeran )by Futbolumuz927 views
3:14
xezer neftci 0310by Hebishim3,100 views
2:22
Xezer Lenkeran 1-1 Neftci 08.03.2011by Futbolumuz3,291 views
1:31
Xezer Lenkeran 3-0 AZAL 23.04.2011by Futbolumuz1,021 views
2:47
AZAL Xezer Lenkeran 1 0by premyerliqatv1,065 views
3:57
Xezer Lenkeran 1-2 Qarabag 23.12.2010by Futbolumuz3,645 views
4:36
Xezer Lenkeran 1-1 Neftci 18.03.2011by Futbolumuz5,814 views
0:38
Elnur Abdullayevin penaltini vura bilmədiyi anby premyerliqatv2,301 views
3:45
XL FANSby Futbolumuz2,131 views
0:21
Möhtəşəm Xəzər Lənkəran Stadionundan Möhtəşəm görüntüby eimamaliyev5,181 views
4:52
Xezer Lenkeran - Baki , 2010 Azerbaycan kuboku finaliby Lenkerani5,095 views
1:22
Xezer Lenkeran in Champions Leagueby anardevil7,863 views
- Loading more suggestions...
maraqli oyunlar arasinda bu oyununda yeri var yatda qalan oldu
Bakili86 2 months ago
Tebrikler Xezer
Bakili86 2 months ago