Uploaded by Obyektivtv on Jan 12, 2012
Gürcüstanlı jurnalist, "Metro" qəzetinin redaktoru Lazo Lazareişvili prezident İlham Əliyevdən Azərbaycanda müvəqqəti sığınacaq istəyib. Bu barədə o, bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində keçirdiyi mətbuat konfransında bildirib.
Lazareişvilinin sözlərinə görə, onu bu addıma Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verdiyinə görə Gürcüstanda üzləşdiyi təzyiq məcbur edib. Şikayətlər onun 2009-cu ilin sentyabrında həbs edilməsi və səlahiyyətlərini aşma ittihamı ilə 9 ay azadlıqdan məhrum edilməsi ilə bağlıdır.
Lazareişvilinin həbsindən öncə qəzet Gürcüstanın məhkəmə-hüquq sistemində araşdırmalar aparıb. Araşdırma zamanı müstəqil arbitrlərə - iqtisadi mübahisələrə baxan hüquqşünaslara qarşı təxminən 30 cinayət işi açıldığı aşkar olunub. Peşəsi vəkillik olan Lazareişvili özü də arbitr qismində çıxış edib. Təhqiqatlardan birində qarşı tərəf arbitrin qərarından narazı qalaraq, Lazareişvili barəsində həm mülki məhkəməyə, həm də prokurorluğa şikayət verib. Lazareişvili həbs edilib və 9 ay həbsxanada qalıb. Sonda məhkəmə onu 9 ay həbs cəzasına məhkum edib və 5000 lari (təxminən 2 min 500 manat) cərimə edərək, jurnalisti azad edib.
Lazareişvili qanunsuz həbsindən və hökmdən Avropa İnsan Hüquqları Məhkəməsinə iki şikayət verib. "Məni daim naməlum şəxslər təqib edir, onlar şikayətləri geri almasam daha betər olacağı barədə xəbərdarlıq edirlər,- deyə Lazareişvili qeyd edib.
O, AİHM Gürcüstan hökumətinin üzərinə jurnalistin təhlükəsizliyinə zəmanət vermək öhdəliyi qoyana qədər Azərbaycanda müvəqqəti sığınacaq almağa ümid edir. Lazareişvili yanvarın 4-dən Bakıdadır və hələki Azərbaycan prezidentinə ünvanladığı müraciətə cavab almayıb.
Gürcüstanın Azərbaycandakı səfirliyi "Metro" qəzetinin baş redaktoru Lazo Lazereişvilinin peşə fəaliyyətinə görə təqibə məruz qaldığına dair bu gün Bakıda səsləndirdiyi bəyanatı təkzib edib. "Səfirlikdə Lazo Lazereişvili adlı şəxsi tanımırlar, onun guya Gürcüstanda təzyiqə məruz qalması haqqında iddiaları isə qeyri-ciddidir", deyə səfirliyin əməkdaşı Lazereişvilinin mətbuat konfransında səsləndirdiyi bəyanatları şərh edərkən bildirib.
"Gürcüstanda heç kim, xüsusən də jurnalistlər peşə fəaliyyətinə görə təqib olunmur", - diplomat qeyd edib. Avropa İnsan Hüquqlarına Məhkəməsinə şikayət verdiyinə görə hədələrə gəlincə, onlar da tamamilə qeyri-ciddidir", deyə mənbə bildirib.
Category:
Tags:
License:
Standard YouTube License
-
1 likes, 0 dislikes
14:46
Ulvira Qarayeva "Güne Baxan"da açıqlama verdi - 12.01.2012 (ANS-Fan Klub)by ANSFanKlub27,107 views
6:34
Sabuhi Gurcustanby sayid198130 views
5:53
DJ China & Babaeff Dark feat. Mulher Melancia - Velocidade 6 (Vay Vay)by DJDark215318,869 views
2:58
MyGorarxi-Gurcustan Spetsnazlari.flvby MyGorarxi267 views
14:05
Azerbaycanda GEY PARAD olajaxby Oydaa7,436 views
53:04
"Dialoq" verilişi Kanal13.tv 29 Oktyabr 2011 - Gürcüstanda olan azərbaycanlıların problemləriby tvkanal13182 views
1:21
Gürcüstan.3gpby maqa17117 views
5:19
TAKSİ SÜRÜCÜLƏRİNİN ETİRAZIby Obyektivtv1,200 views
0:44
Cinayət işiby anstvonline7,664 views
5:28
TAKSİ SÜRÜCÜLƏRİNİN ETİRAZ AKSİYALARI DAVAM EDİRby Obyektivtv2,641 views
2:36
HƏRBÇİ AİLƏLƏRİ EVLƏRİNDƏN ZOR GÜCÜNƏ ÇIXARILDIby Obyektivtv480 views
1:55
HUMAN RIGHTS DEFENDERS URGE THE PUNISHMENT OF STATE EMPLOYEESby Obyektivtv22 views
5:09
AQIL QULIYEV 4 ÜNVANINDA KI EVLƏR YERLE YEKSAN EDİLDİ MP4by Obyektivtv61 views
2:42
PREZİDENT ADMİNİSTRASİYASININ QARŞISIby Obyektivtv38 views
2:34
FAMILIES OF MILITARY SERVICEMEN FORCED OUT OF THEIR HOMESby Obyektivtv15 views
1:56
THE CITIZENS` HOUSES ARE DEMOLISHEDby Obyektivtv27 views
- Loading more suggestions...
Link to this comment:
All Comments (0)