About this user
Samir Kərimoğlu 1974-cü il 26 fevral Bakı şəhərində doğulub.
1990-cı ildə Yasamal rayonunda yerləşən 158 nömrəli məktəbi bitirib. 1990-cı ildə Futurologiya institunun Menecment fakultəsinə daxil olub, 1993-cü ildə təhsilini yarımçıq qoyaraq Türkiyənin Antalya şəhərinə köçüb. Antalyada turizm sektorunda çalışaraq qazandığı 6 illik uğurlara baxmayaraq 1999-cu ildə Azərbaycana dönür.
2000-ci ildə uşaqlıq arzusu olan kino sahəsində işləmək üçün əlinə keçən ilk fürsəti dəyərləndirir və video montajçı olaraq MTM prodakşnda fəaliyyətə başlayır.
Rejissorluq fəalliyyətinə ilk dəfə 2002-ci ildə çəkdiyi kliplə başlayan Samir, 2003-cü ildə keçirilən Beynəlxalq AudioVizual Festivalda MUSİC LEE qrupuna çəkdiyi kliplə ilk böyük uğurunu ƏN YAXŞI KLİP nominasiyasında Diplom qazanır.
Qısa müddətdə böyük uğurlara imza atan rejissor, bir birinin ardınca fərqli reklam çarxları, kiplər və sənədli filmlər çəkir. Özünü təkmilləşdirməkdə heç vaxt fasilə verməyən Samir boyük risk və kiçik büdcəylə 2005-ci ildə SİRAT KÖRPÜSÜ filminin çəkilişlərinə başlayır. Tammetrajlı bu filmin büdcəsi qırx min dollar idi. Səbuhi Studiyasının sponsorluğu və ButaFilm prodakşnın texniki dəstəyi ilə çəkilən bu filmin ssenaristi, rejissoru, həmçinin montajçısı və post prodakşnçısı olmaqla bərabər Samir həm də baş rollardan birində çəkilmişdir. Çəkilişlər zamanı üzləşdiyi bir çox çətinliklərə baxmayaraq 2006-cı ilin dekabr ayında film hazır olur və 2007-ci ilin aprel ayında Azərbaycan Opera və Balet Teatrında böyük kütləyə təqdim olunur. Böyük rezonansa səbəb olan bu filmin təqdimatından bir neçə ay sonra filmin əsas musiqisinə - SONSUZ YOLa çəkilən klip Beynəlxalq AudioVizual Festivalda ƏN YAXŞI KLİP və ƏN YAXŞI REJİSSOR İŞİ nominasiyasında GRAN PRİ qazanır.
2007-ci ildə Bu Meydan Bu Ekran müsabiqəsi çərçivəsində Orxan Fikrətoğlunun ssenarisinə Qanadlarıma sığal çək adlı filminin çəkilişlərinə başlayır. Filmin çəkilişləri Saray qəsəbəsində aparılır. Filmin bütün musiqiləri Samirin birbaşa istəyiylə 2007-ci ilin fevralında yaranmış H.O.S.T Alliancea tapşırılır. Filmdə baş rollarda Əliisa Cabbarov və İnna Xripunova çəkilib. Psixoloji Triller janrında olan bu film 2008-ci ilin mart ayında müsabiqənin digər iştirakçıları ilə birgə təqdimata çıxarılır. 5 film arasında 1-cilik qazanan Qanadlarıma Sığal Çək kino mütəxəssislərinin böyük marağına səbəb olur. Bu filmdən sonra Rüstəm İbrahimbəyov Samir Kərimoğlunu öz yaratdığı Kino Akademiyasına qəbul edir və onunla iş birliyinə razılıq verir.
Respublika Prezidentinin gənclərə verdiyi önəmin nəticəsi olaraq 2008-ci ildə BU MEYDAN BU EKRAN müsabiqəsinin qalibi Samir Kərimoğluya tammetrajlı bədii film verilir. Samir Azərbaycan kino tarixinə dövlət sifarişi almış ilk gənc kinorejissor kimi adını yazdırır. Bununla bərabər daim işlədiyi mütəxəssislərlə işləməyə və ümumi inkişafa tövhələr verməyə davam edir. Beləki artıq 3-cü filminin son mərhələrində olan Kərimoğlu digər filmlərində olduğu kimi BÖYÜK KİNOda da Bəstəkar Elvin Əmrahlı(ErranT), Qrafist Fərid Yusifoğlu, Səs Rejissoru Pərviz Ramizoğlu(PRoMete) ilə işləməyə davam edir.
İşçi adı Ziyarət olan bu bədii film hal hazırda səsləndirmə mərhələsindədir. Filmin çəkilişləri Bakı və Səudiyyə Ərəbistanının Məkkə şəhərində aparılmışdır. Filmin Bədii Rəhbəri Oscar Mükafatı Laureatı Rüstəm İbrahimbəyovdur. Filmdə baş rollarda Fuad Axundov və Rövşən Məmmədli çəkilib. Digər rollarda isə Əməkdar Artist Münəvvər Əliyeva, Nahidə Əliyeva və başqaları çəkiliblər.Film noyabr ayında Niyyət adı altında premyeraya çıxarılacaq.
3 film çəkmiş Samir Kərimoğlu həm də 3 uşaq atasıdır. 1 oğlu və iki qızı var(Müslüm, ZərifəNur və Nihan)
Age
38
Hometown
Baku
Country
Azerbaijan
Occupation
FIlm Director